Azərbaycanın investisiya şirkətində 6 ay ərzində 3 milyon manata yaxın xalis zərər
“CFI Financial İnvestisiya Şirkəti” 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 947 min manat xalis zərər ilə başa vurub. "CFI Azerbaijan" 2025-ci ilin Fevral ayında rəsmi açılışını qeyd edib. Səhmdar dəyişikliyindən sonra Şirkət bazara daxil olur və yaranmış zərər böyük ehtimalla bununla bağlı ola bilər.
Marja.az “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin 30 iyun 2025-ci il tarixinə İdarəetmə Hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Şirkətin cəmi gəlirləri 62 min manat, xəmi xərcləri 3 milyon 9 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən “CFI Financial" ilk yarımili zərər ilə bağlayıb.
"CFİ Financial İnvestisiya Şirkəti" QSC 2024-cü ili 972 min manat xalis zərər ilə başa vurmuşdu.
Hazırda “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalının 90%-i "CFİ FİNANCİAL GROUP HOLDİNG LİMİTED" Şirkətinə, 10%-i İlqar Rüstəmbəyliyə məxsusdur.
Səhmdarların dəyişməsilə əlaqədar olaraq 04.11.2024-cü il tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin adı “CFI Financial İnvestisiya Şirkəti” olaraq dəyişdirilmşdir.
1998-ci ildə təsis edilmiş "CFI Financial Group" Yaxın Şərq və Şimali Afrika bölgəsinin aparıcı onlayn ticarət brokeridir. Şirkət London, Abu Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman və Qahirədə fəaliyyət göstərir. 2025-ci ilin Fevral ayında "CFI Financial Group" "CFI Financial Investisiya Şirkəti"nin (CFI Azerbaijan) rəsmi açılışını elan edib.
2024-cü ildə “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















