Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını 10 sentyabr 2025-ci il tarixində açıqlayacaq.
Xatırladaq ki, 23 iyul 2025-ci il tarixində açıqlanan qərar görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib.
Marja xəbər verir ki, 23 iyul 2025-ci il tarixndə Mərkəzi bank bəyan etmişdi ki, faizlərin azaldılması barədə qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib. Baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, illik inflyasiya 2025-ci ilin mayında 6,3%, iyununda 6%, iyul ayında 5 faiz təşkil edib. Göründüyü kimi, yay aylarında illik inflyasiya yavaşlayıb.
İyul ayında bankların biznes kreditləri portfeli 87,9 milyon manat azalıb, istehlak kreditləri portfeli 103,9 milyon manat, ipoteka kreditləri portfeli 10 milyon manat artıb. 2025-ci ilin iyun ayı ilə iyul ayında Azərbaycan bankların cəmi kredit portfeli 0.1% və ya 26 milyon manat artaraq 31 İyul 2025-ci il tarixində 28 milyard 498.2 milyon manat olmuşdur. Göründüyü kimi, inflyasiyanın yavaşlması ilə bərabər, banklar tərəfindən müştərilərə verilən kreditlərin artım tempi də yavaşlayıb.
"Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır. Bu şəraitdə inflyasiyanın xarici risk faktoru kimi idxal inflyasiyası hesab olunur. Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan, digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin və istehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılmalıdır", - Mərkəzi Bank bildirmişdi
İnflyasiya mövsimü amillər ilə əlaqədar olaraq yavaşladığından Mərkəzi Bankı 10 sentyabrda gözləmə mövqeyi tutaraq faizlərini dəyişməz saxlaya bilər. Mətbuat konfranslarında verilən məlumatlara görə, hazırkı faiz dərəcələri Mərkəzi Bank üçün neytral səviyyələrdir. Əgər inflyasiya daha da sürətlənərsə faizlər artırıla, inflyasiya yavaşlayarsa faizlər daha da aşağı salına bilər.
22 oktyabr və 10 dekabr tarixlərində də Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 9 d. əvvəl
-
-
1 saat əvvəl
BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Qızıl bazarı FED-in qərarını gözləyir

BYD rəhbərliyi avtomobil sektorunu silkələyəcək 8 məlumatı açıqladı

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycan neftinin son qiyməti

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
