Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
Klubun oyunlarında "İsfa" MMC-nin reklam materialları yerləşdiriləcək və komanda futboçularının geyimində şirkətin adı yazılacaq.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti "İsfa" MMC ilə Şahdağ Qusar Futbol Klubu arasında sentyabrın 18-də tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
Marja xəbər verir ki, sənədi "İsfa" MMC-nin direktoru Samir Xeyirbəyov və Şahdağ Qusar Futbol Klubunun prezidenti Rahid Əmirquliyev imzalayıblar.
Müqavilənin müddəti 1 ildir.
Bu əməkdaşlıq hər iki təşkilata gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.
Əməkdaşlıq çərçivəsində klubun oyunlarında "İsfa" MMC-nin reklam materialları yerləşdiriləcək və komanda futboçularının geyimində şirkətin adı yazılacaq.
Qeyd edək ki, "İsfa" MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət innovativ damlama-suvarma və yağmurlama sistemlərinin satışı və quraşdırılması, meyvə tinglərinin istehsalı və satışı, intensiv bağların salınması və aqro-texniki xidmətlərlə məşğuldur. Damlama-suvarma sistemləri, gübrələr, kənd təsərrüfatı texnikaları və avadanlıqlar şirkətin əsas xidmətlərinə daxildir. "İsfa" MMC Yevlax Pilot Aqropark layihəsinin rezidenti olaraq bağçılıq işləri və ixrac yönümlü layihələr həyata keçirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
15 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
20 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
























