Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Azərbaycanda elektrik avtobuslarının. yığılması üzrə Müqavilə imzalanıbAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Artım, sənayeləşmə və dayanıqlı dəyər zəncirləri üçün tərəfdaşlıqlar: Gələcəyə hazır iqtisadiyyatların qurulması” mövzusunda panel sessiyası keçirilib.
Sessiya çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) sahəsində potensialın artırılmasına dair Əməkdaşlıq Sazişi imzalanıb.
Sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Dövlət özəl tərəfdaşlığı sahəsində tranzaksiya məsləhət xidmətləri üzrə regional meneceri Tomas Lubek imzalayıblar. Sənəddə DÖT layihələrinin icrasını asanlaşdırmaq üçün strategiyanın hazırlanması və əməkdaşların potensialının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsi, DÖT layihələrinin icrası strategiyasının hazırlanması, investisiya prosesinin nəzərdən keçirilməsi mexanizminin təkmilləşdirilməsi, eləcə də DÖT layihələrinin seçilməsi və həyata keçirilməsi üçün sahəvi təlimatların hazırlanması kimi əməkdaşlıq istiqamətləri öz əksini tapıb.
İqtisadi Zonaların İnkişafı Agentliyi ilə "China Datang Overseas Investment Co." arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq bərpaolunan enerji istehsalı, təmiz texnologiyalar və sənaye infrastrukturunun inkişafı sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur. Sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “China Datang Overseas Investment Co.” şirkətinin baş direktoru Yuanlong Zhou imzalayıblar.
“Improtex Group” şirkəti ilə MAN Truck & Bus şirkəti arasında Azərbaycanda elektrik avtobuslarının yığılması üzrə Müqavilə imzalanıb. Müqaviləni iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, “Improtex Group”un prezidenti Füzuli Ələkbərov və MAN Truck & Bus şirkətinin nümayəndəsi imzalayıblar.
Dünya İqtisadi Forumu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Müqaviləsi imzalanıb. Müqaviləni AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Dünya İqtisadi Forumunun beynəlxalq ticarət və investisiya siyasəti və icmalar üzrə rəhbəri Metyu Stivenson imzalayıblar.
Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə ACWA Power şirkəti arasında birgə bilik və təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb Sənədi Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə üzrə baş meneceri Selim Güvent imzalayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

























