Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
“Wingz” ilə əməkdaşlıq çərçivəsində skuterdə gediş haqqını mobil balans vasitəsilə ödəmək mümkün olduAzərbaycanda mobil rabitə sahəsində innovativ həllər təqdim edən Azercell, mikromobillik üzrə ixtisaslaşmış “Wingz” MMC ilə əməkdaşlıqda şəhərdaxili hərəkətliliyə müasir və ekoloji yanaşma gətirir.
Marja.az Azercell Telekom şirkətinə istinadən xəbər verir ki, bu tərəfdaşlıq nəticəsində abunəçilər skuter istifadəsinə görə ödənişi əlavə vasitələrə ehtiyac olmadan birbaşa mobil balansları ilə həyata keçirə biləcəklər.
Xidmətin istifadəsi olduqca rahatdır: abunəçi skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “START ID” (START XXXXXXX) formatında 4545 qısa nömrəsinə SMS vasitəsilə göndərərək cihazı aktivləşdirir və müvafiq ödəniş balansdan çıxılır. Gediş vaxtından əvvəl dayandırıldıqda istifadə olunmamış dəqiqələr üçün vəsait balansa geri qaytarılır. İstifadəni sonlandırmaq üçün isə skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “STOP ID” (STOP XXXXXXX) formatında 4545-ə göndərmək kifayətdir. Əgər gediş vaxtında dayandırılmasa, hər növbəti 15 dəqiqə üçün ödəniş avtomatik hesablanır.
Xidmət istifadəyə verildiyi tarixdən etibarən iki həftə ərzində həyata keçirilən ilk aktivasiyada gedişin ilk 15 dəqiqəsi Azercell tərəfindən abunəçilərə hədiyyə olunacaq.
Bu əməkdaşlıq şəhərdaxili hərəkəti asanlaşdırmaqla yanaşı, həm də “ağıllı şəhər” konsepsiyasının inkişafına və dayanıqlı həyat tərzinin təşviqinə töhfə verir.
Azercell müasir texnologiyaları gündəlik həyata gətirərək abunəçilərinə rahat, çevik və innovativ həllər təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 4 d. əvvəl
-
5 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
33 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA



























