"ABB-İnvest" Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!
2024-cü ildə ölkədə iri miqyaslı səhm buraxılışının təşkilatçısı (anderrayteri) kimi çıxış edərək tarixi nailiyyət qazanmış “ABB-İnvest İnvestisiya Şirkəti” QSC (ABB-İnvest) bu il daha bir mühüm hadisənin əsas iştirakçısıdır.
Şirkət oktyabrın 1-də yerləşdiriləcək Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) milli valyutamızda denominasiya edilmiş ilk istiqrazının buraxılışının anderrayteri qismində çıxış edir və bu buraxılışın ölkənin kapital bazarının inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirir.
AYİB tərəfindən Azərbaycan kapital bazarından istiqraz yerləşdirilməsi yolu 1 il müddətinə ümumi dəyəri 50 milyon manat olan vəsait cəlb olunması gözlənilir. Əsasən institusional investorlar üçün nəzərdə tutulmuş bu istiqraz buraxılışının unikallığı tək onun emitentinin ən yüksək kredit reytinqinə malik nüfuzlu beynəlxalq təşkilat olması deyil, həmçinin istiqraz üzrə faiz gəlirlərinin müəyyən edilməsi qaydası ilə bağlıdır. Belə ki, AYİB istiqrazlarının faiz dərəcəsi banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsindən (AZIIR – Azerbaijan Interbank Interest Rate) asılı olaraq dəyişəcəkdir və beləliklə bu istiqrazlar ölkəmizdə dəyişən faiz dərəcəsi ilə kütləvi buraxılmış ilk istiqraz olacaqdır. Dəyişən faiz dərəcəsi ilə buraxılmış istiqrazlar faiz dərəcəsi riskindən qorunmaq niyyətində olan investorlar üçün uyğun investisiya aləti hesab edilir.
İlkin olaraq bazar iqtisadiyyatına keçid edən Avropa ölkələrinə dəstək məqsədi ilə 1991-ci ildə təsis edilmiş bu bank, sonralar fəaliyyətini digər qitələrə genişləndirmiş və müxtəlif ölkələrə, o cümlədən Azərbaycana, 210 milyard ABŞ dollarından çox vəsait investisiya etmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 13 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















