Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB ) Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır.
Bu barədə AYİB məlumat yayıb.
Məlumata görə, 35 milyon avro həcmində kredit Qazaxıstanın Xəzər dənizində yerləşən əsas dəniz qapısı – Aktau limanının infrastrukturunun yenilənməsinə dəstək məqsədilə ayırılıb. Layihə, həmçinin Avropa İttifaqının Asiya-Sakit Okean İnvestisiya Mexanizmi çərçivəsində 10 milyon avroya qədər qrantla maliyyələşdiriləcək.
Qeyd edilib ki, maliyyə vəsaiti limanın iki körpüsünün genişləndirilməsinə və hava şəraitinə davamlı kranların alınmasına yönəldiləcək. Bu tədbirlər nəticəsində limanın konteyner daşımaları üzrə ötürücülük qabiliyyəti iki dəfə artırılacaq, hər konteynerin yüklənmə-boşaldılma vaxtı isə hazırkı 4 dəqiqədən 2,5 dəqiqəyədək azalacaq.
Bildirilib ki, Aktau limanı AYİB-in rəhbərliyi və Aİ tərəfindən maliyyələşdirilən tədqiqatda Avropa ilə Mərkəzi Asiya arasında davamlı nəqliyyat əlaqələrinin əsas elementlərindən biri – Transxəzər Dəhlizinin mühüm həlqəsi kimi müəyyən edilib.
Layihə Aktau limanının 2026-cı ilin sonunadək Xəzər regionunun ən böyük konteyner terminalını inkişaf etdirmək proqramına daxildir. Terminalın illik 3,4 mln. ton ekvivalentli konteyner emal edəcəyi proqnozlaşdırılır. Liman Qazaxıstanın “Samruk-Kazyna” dövlət rifah fondu tərəfindən idarə olunur və Qazaxıstan Dəmir Yolları tərəfindən istismar edilir.
Xatırladaq ki, ümumilikdə AYİB Qazaxıstanda 340 layihə üzrə 10 milyard avrodan çox investisiya yatırıb ki, bunun böyük hissəsi özəl sahibkarlığın dəstəklənməsinə yönəlib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
4 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
-
5 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 25 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
Ən çox oxunanlar
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























