Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da “shutdown”-un (hökumətin fəaliyyətinin dayandırılması) davam etməsi və Fransada siyasi vəziyyətin çətinləşməsi fonunda beynəlxalq birjalarda dolların bahalaşdığının, avronun isə aparıcı valyutalar qarşısında gerilədiyinin şahidi oluruq. Qızıl 4000$ həddinin üzərinə yüksələrək tarixi maksimumunu yeniləyib.
EUR/USD valyuta cütlüyü cari ayın əvvəlində başlayan eniş tendensiyasını davam etdirir. Məzənnə ötən gün 1.17150 səviyyəsindən enərək bu gün 1.16120 səviyyəsinə qədər zəifləyib. EURGBP cütlüyü isə 0.87040 həddindən 0.86720 həddinə qədər ucuzlaşıb.
Qızıl artmaqda davam edir. Dəyərli metal çərşənbə günü 4036$-a yüksələrək tarixi rekord həddini yeniləyib. “Brent” markalı bir barel üçün qiyməti isə 66.35$-a kimi yüksəlib.
İnvestorlar dünən ABŞ-da artıq yeddinci gün davam edən hökumətin bağlanması (“şatdaun”) prossesini, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərlərinin açıqlamalarını diqqətlə izləyiblər.
ABŞ senatorları hökumət qurumlarının maliyyələşdirilməsini bərpa etməyə və “şatdaun”a son qoymağa imkan verəcək qanun layihəsini yenidən qəbul edə bilməyiblər – bu barədə Amerika KİV-ləri məlumat verib. Qanun layihəsinin qəbul olunması üçün minimum 60 səs tələb olunduğu halda, yalnız 52 senator “lehinə” səs verib.
Eyni zamanda, Senat və Nümayəndələr Palatasındakı demokrat liderlər ABŞ prezidenti Donald Tramp ilə “şatdaun”un başa çatdırılması barədə danışıqlar aparmadıqlarını bildiriblər. Halbuki, bundan əvvəl dövlət başçısı belə danışıqların aparıldığını demişdi.
Kanzas-Siti Federal Ehtiyatlar Bankının rəhbəri Ceff Şmid bəyan edib ki, inflyasiya hələ də çox yüksək səviyyədə qaldığı üçün FED qiymət artımını məhdudlaşdırmağa yönəlmiş tədbirləri davam etdirməlidir. O deyib: “Pul-kredit siyasəti tələbin azaldılmasına yönəlməlidir ki, bu da, təklifin bərpasına və iqtisadiyyatda qiymət təzyiqinin azalmasına şərait yaratsın.”
Eyni zamanda, ABŞ prezidenti Tramp tərəfindən yaxın zamanda bu vəzifəyə təyin olunmuş FED İdarə Heyətinin üzvü Stiven Miran öz fikrini təkrarlayaraq bildirib ki, tənzimləyici qurum əhalinin artım tempinin zəifləməsi və idxal rüsumlarının inflyasiyaya məhdud təsiri kimi amillər səbəbilə əsas faiz dərəcəsini azaltmaq siyasətini davam etdirə bilər.
Çərşənbə axşamı dərc olunan məlumatlara görə Almaniyanın Sənaye Sektorunda Sifarişlərin Həcmi avqust ayında ardıcıl dördüncü aydır ki, azalıb. İyul ayı ilə müqayisədə göstəricinin 1.2% artacağı proqnoz olunsa da, 0.8% zəifləyib. Həmçinin, Yeni Zelandiya Ehtiyatlar Bankı (RBNZ) faiz dərəcəsini birbaşa 50 baza bəndi azaltdı. Ekspertlər göstəricinin 3.00%-dən 2.75%-ə qədər endiriləcəyini proqnoz etsələr də, tənzimləyici qurum uçot dərəcəsini 2.50%-ə qədər azaltdı.
Bu gün Bakı vaxtı ilə saat 23:00-da ABŞ-da Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) dərc edəcəyi toplantı protokolları investorların marağına səbəb olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Almaniyada açıqlanacaq Sənaye Sektorunda İstehsal Həcmi və ABŞ-da dərc olunacaq kommersiya məqsədli neft ehtiyatlarına dair məlumatlar bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ investisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















