Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu
Azərbaycan və Qazaxıstanın aparıcı qolf klubları Memorandum imzalayıblar9 oktyabr 2025-ci il tarixində Azərbaycan və Qazaxıstanın aparıcı qolf klubları – Dreamland Golf Club (Bakı) və Zhailjau Golf Resort (Almatı) – regionda qolfun inkişafı və turizmin gücləndirilməsi məqsədilə strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Bu əməkdaşlıq qolfun regional inkişafına yeni nəfəs gətirəcək. Memorandum çərçivəsində hər iki klubun üzvləri qarşılıqlı olaraq güzəştli şərtlərlə klub xidmətlərindən, yarışlardan və yaşıl sahələrdən istifadə etmək imkanı qazanacaqlar.
İmzalanan sənəd yalnız turnirlərlə məhdudlaşmır. Klublar golf meydançalarının idarə olunması, rəqəmsal rezervasiya sistemləri, turnir təşkilatçılığı və dayanıqlı inkişaf üzrə bilik və təcrübə mübadiləsini də nəzərdə tutur. Birgə seminarlar, təlimlər və yerli peşəkar kadr hazırlığı bu əməkdaşlığın əsas sütunlarından biri olacaq.
Dreamland Golf Club və Zhailjau Golf Resort əməkdaşlığın əsas prinsipləri kimi qarşılıqlı hörməti, bərabərliyi və şəffaflığı ön plana çıxarır. Bu əməkdaşlıq sayəsində həm Azərbaycan, həm də Qazaxıstan golfçuları daha geniş imkanlar əldə edəcək, region isə qlobal golf xəritəsində güclü mövqeyə sahib olacaq.
Azərsun Holdinqin Müşahidə Şurasının sədri Ahmad Gozal bildirib:
“Bu əməkdaşlıq yalnız iki klub arasında deyil, bütövlükdə Azərbaycan və Qazaxıstan arasında yeni bir körpü rolunu oynayacaq. Biz inanırıq ki, golf turizminin inkişafı regionun beynəlxalq idman xəritəsində daha parlaq mövqeyə yüksəlməsinə səbəb olacaq. Gənclərin bu idmana cəlb olunması və yeni turnirlərin təşkili isə gələcəyin sağlam və peşəkar golfçularını formalaşdıracaq.”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
19 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı

























