Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib

Hazırda PashaPay 4 milyondan çox istifadəçiyə xidmət göstərir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
PashaPay-ın baş icraçı direktoru Samir Məmmədov
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan PashaPay, 9 oktyabr 2025-ci il tarixində keçirilən “Bakı Fintex Forumu 2025” tədbirində platinum sponsor qismində iştirak edib.

Forum Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutub. Tədbirin əsas məqsədi fintex sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal maliyyə xidmətlərinin inkişafına dəstək vermək olub.

PashaPay-ın baş icraçı direktoru Samir Məmmədov forumun açılış panelində çıxış edərək, fintexlərin Azərbaycan iqtisadiyyatının gələcəyindəki mühüm rolunu vurğulayıb. O bildirib ki, fintexlər maliyyə sisteminin müasir tələblərə uyğunlaşmasına şərait yaradır, istifadəçilərə rahat və innovativ həllər təqdim etməklə yeni davranış modellərinin formalaşmasına təkan verir.

Hazırda 4 milyondan çox istifadəçiyə xidmət göstərən PashaPay-ın əsas məqsədinin nəğdsiz iqtisadiyyata keçidi sürətləndirmək olduğunu qeyd edən Samir Məmmədov, fintexlərin maliyyə inklüzivliyinin artırılmasında həlledici rol oynadığını əlavə edib.

PashaPay-ın strateji prioritetlərindən biri süni intellekt texnologiyalarının m10 və Milliön brendlərində tətbiqidir. O, çıxışında bildirib ki, müasir ödəniş tətbiqləri təkcə maliyyə aləti deyil, həm də istifadəçi dostu və həyat tərzinə uyğunlaşdırılmış platforma kimi fəaliyyət göstərməlidir.

Samir Məmmədov çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının ölkənin maliyyə və rəqəmsal ekosistemindəki önəmli rolunu qeyd edərək, AzFina-ya üzv şirkətlərin sayının artmasının vacibliyini vurğulayıb.

Forum çərçivəsində təşkilatçılar tərəfindən PashaPay-a “Proud Sponsor” mükafatı təqdim olunub. Bununla yanaşı, PashaPay-ın Fraud şöbəsinin müdiri Ramis Ramazanov “Fintexdə Təhlükəsizliyin Gələcəyi: Fırıldaqçılıq, Kibertəhlükəsizlik və Dayanıqlılıq” adlı panel müzakirəsinə moderatorluq edib.

Tədbirdə PashaPay-in Bir ekosistemə daxil olan m10 və Milliön brendlərini təqdim edən xüsusi stend də nümayiş olunub və forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

PashaPay haqqında

PashaPay Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və Milliön ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.

www.pashapay.az

PashaPay Bakı Fintex Forumu 2025 fintex rəqəmsal maliyyə xidmətləri AzFina Azərbaycan Fintex Assosiasiyası Azərbaycan Mərkəzi Bankı Azərbaycan Banklar Assosiasiyası Samir Məmmədov platinum sponsor maliyyə texnologiyaları süni intellekt m10 Milliön nəğdsiz iqtisadiyyat maliyyə inklüzivliyi rəqəmsal ekosistem innovativ həllər fintex sektorunun inkişafı Proud Sponsor mükafatı kibertəhlükəsizlik fırıldaqçılıqla mübarizə Fraud şöbəsi Ramis Ramazanov panel müzakirəsi Bir ekosistemi maliyyə innovasiyaları ödəniş texnologiyaları
10.10.2025 18:07
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18