Qızılda yeni rekord - Qiyməti 4200 dollara yaxınlaşaraq 5000 dollara doğru gedir
Qızılın qiyməti tarixində ilk dəfə 1 troy unsiyası üçün 4100 ABŞ dolları səviyyəsini aşaraq yeni rekord müəyyən edib.
Marja xəbər verir ki, bu bahalaşma əsasən ABŞ və Çin arasında yenidən qızışan ticarət gərginliyi, həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilər fonunda baş verib.
Bununla yanaşı, gümüşün qiyməti də bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Bakı vaxtı ilə 08:00-da qızıl 1,3% bahalaşma ilə unsiyası 4163,53 dollara ticarət olunub. Gün ərzində qiymət 4166,50 dolları görərək tarixi maksimuma çatıb.
Qızıl il ərzində 56% bahalaşıb
2025-ci ilin əvvəlindən bəri qızılın qiyməti təxminən 56% artıb. Ötən həftə isə qiymət ilk dəfə 4000 dollar səviyyəsini keçmişdi. Analitiklərə görə, bu sürətli artımın əsas səbəbləri geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, faiz endirimi gözləntiləri və mərkəzi bankların rekord həcmdə qızıl alışı olub.
“5000 dollara doğru gedirik”
"Blue Line Futures "şirkətinin baş bazar strateqi Filip Straybl (Phillip Streible) bildirib ki:
“Qızıl bu bahalaşma tempini asanlıqla davam etdirə bilər. 2026-cı ilin sonuna qədər qiymətlərin 5000 dolları keçməsi mümkündür.”
O əlavə edib ki, mərkəzi bankların alışları, qızıl əsaslı ETF-lərə güclü vəsait axını, ABŞ-Çin arasında artan ticarət gərginliyi və ABŞ faizlərinin enmə ehtimalı bazara “dəstək” verir.
ABŞ-Çin gərginliyi yenidən artır
Geosiyasi cəbhədə vəziyyətin gərginləşməsi də qiymətlərə təsir edib. ABŞ Prezidenti Donald Tramp ötən cümə günü verdiyi açıqlamalarla Çinlə ticarət mübahisəsini yenidən alovlandırıb, bununla da iki ölkə arasında mövcud “atəşkəs”i faktiki olaraq bitirib.
Fed faiz endiriminə doğru
Digər tərəfdən, investorlar artıq Fed-in oktyabrda 25 baza bəndi həcmində faiz endirimi ehtimalını 97%, dekabrda isə 100% səviyyəsində qiymətləndirir.
Qızılın rekord yeniləməsi, iqtisadi qeyri-müəyyənlik şəraitində investorların təhlükəsiz liman axtarışının daha da gücləndiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 17 d. əvvəl
-
28 d. əvvəl
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
-
45 d. əvvəl
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
-
51 d. əvvəl
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
-
58 d. əvvəl
Göygöl Şərab Zavodu İsveçrədə keçirilən “Snow Polo World Cup 2026”-da iştirak edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərib" - 2,9 milyard manat
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
m10-da yaranmış fasilə ilə bağlı bəyanat
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
Mərkəzi Bankın sədri profisitin azalacağını bəyan etdi
Ən çox oxunanlar
Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları açıqladı
Ən çox xarici borcu olan dövlət qurumları
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"

























