Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3-cü rübdə 1600-ə yaxın müraciət daxil olub

Müraciətlərin böyük hissəsi 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3-cü rübdə 1600-ə yaxın müraciət daxil olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti (AUQX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində 1594 müraciət qəbul edib.

Müraciətlərin 512-si psixoloji dəstəyə ehtiyacla bağlı olub və bu istiqamət ilin ilk altı ayında olduğu kimi üstünlük təşkil edib. Bununla yanaşı, 261 sosial məsələ, 232 zorakılıq halı, 227 hüquqi yardım, 98 təhsil, 14 səhiyyə və 250 müxtəlif məzmunlu sorğu qeydə alınıb.

Statistikaya əsasən, müraciət edənlərin 59%-ni qadınlar, 29%-ni kişilər təşkil edib. Müraciətlərin 12%-i isə xidmətə anonim qaydada ünvanlanıb. Yaş bölgüsünə görə, ən çox müraciət 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib - 1147. Digər sorğuların 335-i 11–14 yaş, 112-si isə 10 yaşadək uşaqlarla bağlı olub.

Müraciətlərin 50%-i rəqəmsal kanallar (sosial media, e-poçt, veb-sayt) üzərindən, digər 50%-i isə telefon zəngləri vasitəsilə edilib.

Çətin vəziyyətə düşmüş uşaqlara yardım məqsədilə 34 ailə mərkəzə dəvət edilərək hüquqi, psixoloji və psixososial dəstək alıb. Ümumilikdə, 90-dan çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib, 3 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfər təşkil edilib. Bununla yanaşı, AUQX komandası xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirib.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.

24/7 rejimdə fəaliyyət  göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.

 

Azərbaycan Uşaq Qaynar Xətt AUQX Azercell uşaqların müdafiəsi psixoloji dəstək sosial məsələlər zorakılıq hüquqi yardım təhsil səhiyyə müraciətlər yeniyetmələr rəqəmsal kanallar telefon zəngləri ailə mərkəzləri sosial-psixoloji reabilitasiya maarifləndirmə tədbirləri 24/7 xidmət “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mobil tətbiq sosial media e-poçt rəsmi veb-sayt.
14.10.2025 10:59
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18