Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"AFB Bank" ASC 2025-ci ilin yanvar-sentyabr dövrü (cari ilin 9 ayı) üzrə maliyyə nəticələrini açıqlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, nəticələr bankın dayanıqlı inkişaf xəttini qoruyaraq əsas göstəricilərdə sabit artım nümayiş etdirdiyini göstərir.

Qeyd edilib ki, cari ilin 9 ayı ərzində bankın cəmi aktivləri 10%-dək artaraq 320,4 milyon manata çatıb. Bankın mənfəəti isə əvvəlki dövrə nisbətən 6% artım göstərib. Kredit üzrə faiz gəlirləri 14% artmışdır.

Depozit portfelində güclü artım və müştəri etimadı

Müddətli depozit portfeli 2025-ci ilin əvvəlindən 61% artaraq 53,2 milyon manata yüksəlib. Müştəri etimadının artması nəticəsində bank uzunmüddətli və stabil maliyyə mənbələrini daha da gücləndirdiyini təsdiqləyir.

Kredit portfelində genişlənmə və real sektorun dəstəklənməsi

AFB Bank-ın kredit portfeli 2025-ci ilin 9 ayı ərzində 30%-dək artaraq 232 milyon manata çatıb. Biznes kreditləri üzrə portfel 38% artıb.  Vurğulanıb ki, bu, bankın həm biznes subyektlərinə və sahibkarlara real maliyyə dəstəyini artırdığını və ölkə iqtisadiyyatının maliyyələşdirilməsində rolunu möhkəmləndirdiyini göstərir. Pərakəndə kreditlər üzrə başdan-başa onlayn kreditləşmənin həcmi 50%-i keçmişdir. Bu göstərici, bankın fərdi müştərilərə yönəlmiş rəqəmsal həllərini genişləndirdiyini və pərakəndə seqmentdə müştəri rahatlığını ön planda saxladığını təsdiqləyir.

Strategiyada dəyişiklik

AFB Bank bu il qəbul etdiyi “Transformasiya Strategiyası” çərçivəsində dayanıqlı inkişaf və sürətli böyümə istiqamətində addımlarını gücləndirir. Bank müştəri yönümlü həllərin genişləndirilməsi, rəqəmsal məhsulların təkmilləşdirilməsi və daha əlçatan maliyyə xidmətlərinin təqdim olunması vasitəsilə bazardakı mövqeyini daha da möhkəmləndirir.

İnsan kapitalına investisiya

Bundan əlavə, bank işçi heyətini 50%-dək artırıb. Yeni əməkdaşların cəlb edilməsi bankın fəaliyyət sahələrini genişləndirməyə, xidmət keyfiyyətini yüksəltməyə və innovativ maliyyə məhsullarını daha sürətlə təqdim etməyə imkan verib. İşçi heyətinin artımı həm də bankın korporativ mədəniyyətinə yenilikçi yanaşmalar gətirərək komanda dinamikasını gücləndirib.

Bankın sürətli böyüməsi və işçi heyətinin artımı onun bazarda daha yaxşı mövqe əldə etməsinə xidmət edir və gələcəkdə müştərilərə yüksək səviyyəli xidmət təqdim etmək üçün geniş potensial yaratdığını göstərir.

AFB Bank-a Fitch-dən “B” reytinqi

Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb.

14.10.2025 19:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18