AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib
Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda taksi ilə sərnişin daşımaq üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər qoyulmasını şərh edib.
AYNA bəyan edib ki, "Avtomobil nəqliyyatı haqqında" qanunla, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdır.
Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və "Avtomobil nəqliyyatı haqqında" qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.
Taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olunub. Taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı nəzarətin qurulması təmin edilib. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunub və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başlayıblar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə 'E-taksi' alt sistemi yaradılıb. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.
İslahatlardan əvvəl taksi parkının 62 %-nin istismar müddəti 15 ildən çox olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olunub və artıq taksi parkının 67 %-nin istismar müddəti 8 il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.
Bu günə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55 %-i və yaxud 18 825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir.
Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79 %-ni təşkil edir.
Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün "rəqəmsal əkiz"). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır.
Bu günə qədər həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək.
Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə "Lisenziyalar və icazələr haqqında" qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.
Bakıda taksi ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi müəyyənləşib
Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib.
Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
19 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi



















