“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq
(®) AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC dünya marketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasir marketinqin əsasları” adlı nəşrində təqdim ediləcək.
Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA Rəqəmsal Həllər Platforması xüsusi yer alacaq. Kitabda biometriya texnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödəniş sistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədə rəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur.
Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiya ilə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlu sintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanın geniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrik identifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiq edir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi 5 milyondan çox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıq tranzaksiya həyata keçirilib.
İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativ xidmətlər təqdim etmək məqsədilə yaradılmış SİMA ölkənin rəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekoloji dəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsində meşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şərait yaradır. “AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı, innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırma xidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasına da töhfə verir.
“Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çox kitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrində öyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 ili əhatə edən karyerası marketinqin elmi və praktik əsaslarını formalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal of Marketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərc edilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabət qabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiq etməyə dəstək olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























