Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın xarici və daxili dövlət borcunun məbləği açıqlandı - YENİ RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın xarici və daxili dövlət borcunun məbləği açıqlandı - YENİ RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ilin 9 ayı üzrə dövlət borcuna dair hesabat hazırlanıb.

Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunur.

Dövlət borcu

Marja.az hesabata istinadən xəbər verir ki, 2025-ci il 01 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 365,1 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 865,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 8 milyard 318,3 milyon manatı (4 milyard 893,1 milyon ABŞ dolları) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard 46,8 milyon manatı və ya 67,2 faizi daxili dövlət borcunun payına düşür.

Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30%-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.

 Xarici dövlət borcu

01 oktyabr 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları ( 8 milyard 318,3 milyon manat) və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalmışdır.

Daxili dövlət borcu

01 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17 milyard 46,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 612,9 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 987,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 59,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür

2025-ci ilin 9 ayı üzrə dövlət borcuna dair Hesabat

Dövlət Borcu Maliyyə Öhdəlikləri hesabat 2025 dövlət borcunun idarə edilməsi xarici dövlət borcu daxili dövlət borcu ÜDM borc yükü borc strategiyası borc səviyyəsi maliyyə şəffaflığı borcun azalması iqtisadi göstəricilər.
29.10.2025 15:40
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18