ARDNF-nin rəhbər heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri baş tutub
27–28 oktyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri həyata keçirilib.
Fondun yaydığı məlumatda bildirilir ki, səfərin əsas məqsədi Fondun beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi, qlobal maliyyə tendensiyalarının təhlili və yeni investisiya imkanlarının dəyərləndirilməsi olub.
Səfər çərçivəsində nümayəndə heyəti “The Arab Energy Fund”, “Starwood Capital Group”, “Gulf Islamic Investments”, “Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC Capital Partners”, “Franklin Templeton”, “Brookfield Asset Management”, “BTG Pactual”, “China Investment Corporation” və “FSI (Fondo Strategico Italiano)” kimi aparıcı beynəlxalq investisiya və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlər zamanı əməkdaşlığın mövcud istiqamətləri nəzərdən keçirilib, birgə investisiya təşəbbüslərinin genişləndirilməsi, yeni bazarlarda iştirak imkanları, uzunmüddətli kapitalın idarə olunması və qlobal iqtisadi şəraitdə kapital axınlarının effektivliyinin artırılması müzakirə olunub. Həmçinin dayanıqlı və məsuliyyətli investisiya modelləri, suveren sərvət fondlarının institusional kapital bazarlarında rolu və beynəlxalq tərəfdaşlıq çərçivələrinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərlə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov 28 oktyabr tarixində Ər-Riyad şəhərində keçirilən “Future Investment Initiative 2025” (FII9) adlı beynəlxalq konfrans çərçivəsində “Yeni iqtisadi reallıqda suveren sərvət və institusional kapital” mövzusunda panel müzakirəsində çıxış edib. Müzakirələr suveren sərvət fondları və institusional investorların qlobal iqtisadiyyatda artan rolu, kapital axınlarının dəyişən geosiyasi şəraitdə effektiv idarə edilməsi, məsuliyyətli və dayanıqlı maliyyələşdirmə modellərinin formalaşdırılması kimi aktual məsələlərə həsr olunub.
Çıxışı zamanı İsrafil Məmmədov suveren sərvət fondlarının qlobal kapital bazarlarında strateji rolunu vurğulayaraq, ARDNF-nin investisiya fəaliyyətində dayanıqlı idarəetmə, risklərin effektiv idarə olunması və uzunmüddətli dəyər yaratmağa əsaslanan məsuliyyətli investisiya yanaşmasını diqqətə çatdırıb. O, həmçinin, Fondun investisiya strategiyasında texnoloji innovasiyaların və enerji keçidi proseslərinin dəstəklənməsinin prioritet istiqamət olduğunu qeyd edib. İsrafil Məmmədov ilə yanaşı, panelin spikerləri sırasında həmçinin “The TCW Group, Inc.” şirkətinin Prezidenti və Baş icraçı direktoru Keti Kox, “Liberty Strategic Capital” şirkətinin təsisçisi və baş tərəfdaşı, ABŞ-ın keçmiş Maliyyə naziri Stiven T. Mnuçin, “China Investment Corporation” şirkətinin İcraçı vitse-prezidenti Şaoçin Jan və “The National” nəşrinin geoiqtisadiyyat üzrə redaktoru Manas Krenni çıxış ediblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























