Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib
Starbucks çərşənbə günü bildirib ki, 2025-ci maliyyə ilində (30 sentyabrda başa çatan dövrdə) illik çatdırılma satışlarının məbləği 1 milyard dollar həddini keçib.
Şirkətin məlumatına görə, maliyyə ilinin dördüncü rübündə çatdırılma satışları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% artıb.
Starbucks-ın çatdırılma xidmətindəki artım şirkətin ABŞ biznesindəki ümumi bərpa mərhələsi ilə üst-üstə düşür.
Starbucks təxminən on il əvvəl çatdırılma xidmətini sınaqdan keçirməyə başlamışdı, lakin digər restoran şəbəkələri ilə müqayisədə bu prosesi daha yavaş həyata keçirib. 2020-ci ildə Uber Eats, 2023-cü ildə DoorDash, keçən il isə Grubhub vasitəsilə çatdırılma xidməti ABŞ üzrə tam miqyasda istifadəyə verilib. Hazırda şirkətin ABŞ-da fəaliyyət göstərən filiallarının böyük əksəriyyəti çatdırılma təklif edir.
ABŞ istehlakçıları qəhvə çatdırılmasına Çin kimi bazarlardan daha yavaş uyğunlaşıb. Starbucks-ın öz vətən bazarında "drive-thru" (avtomobilinizdən düşmədən xidmət ala bildiyiniz bir sistem) və mobil sifariş imkanları təqdim edir.
Ümumilikdə restoran xərcləmələri artan qiymətlər fonunda azalsa da, yemək çatdırılması satışlarında ciddi geriləmə müşahidə olunmayıb. Endirimlər və kampaniylar, eləcə də alkoqol və ərzaq çatdırılması kimi yeni kateqoriyalara genişlənmə, üçüncü tərəf tətbiqləri (Uber Eats, DoorDash və s.) müştəriləri saxlamağa kömək edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















