Dövlət Neft Fondunun müavini Çin şirkətinin sədrilə görüşüb, razılığa gəlinib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Rövşən Cavadov və müvafiq struktur bölmələrin əməkdaşları “China Energy International Group Co., Ltd.” (“CEEC International”) şirkətinin sədri Syaodan Linin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər 2025-ci il 8 sentyabr tarixində ARDNF ilə “CEEC International” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran yeni birgə investisiya imkanlarının müəyyənləşdirilməsi və əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya regionlarında bərpa olunan enerji, enerji saxlama və tullantıların idarəedilməsi sahələrində həyata keçirilə biləcək layihələrin və digər investisiya imkanlarının mütəmadi şəkildə nəzərdən keçirilməsi və müzakirə olunan təşəbbüslərə dair məlumat mübadiləsinin aparılması barədə razılığa gəlinib.
“CEEC International” haqqında
“CEEC International” energetika, su təsərrüfatı, sement sənayesi və digər irihəcmli infrastruktur sahələri üzrə Çində və beynəlxalq miqyasda investisiya və xidmətlər təqdim edən, layihələrin bütün mərhələlərini əhatə edən sistemli və açar həllər təklif edən iri sənaye konqlomeratıdır. “CEEC International” adıçəkilən qrupun struktur vahidi olaraq, Çindən kənar beynəlxalq biznes fəaliyyətinin idarəedilməsi və beynəlxalq layihələrin icrasına və əməkdaşlığa rəhbərlik funksiyasını yerinə yetirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
15 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
20 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























