Azəri-Çıraq-Dərinsulu Günəşli yatağında neft hasilatının sabitləşdirilməsi tədbirləri nəzərdən keçirilib
Energetika naziri Pərviz Şahbazovla bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın enerji sahəsində strateji tərəfdaşı bp ilə uzunmüddətli səmərəli əməkdaşlığın yeni mərhələdə inkişafına dair fikir mübadiləsi aparılıb. Şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın cari vəziyyəti və birgə layihələrin icrası müzakirə olunub.
Bu xüsusda, Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında neft hasilatının sabitləşdirilməsi, AÇG-də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Həmçinin “Şəfəq-Asiman”, “Şahdəniz Kompressiya”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) layihələri üzrə görülən işlər və perspektivlər dəyərləndirilib.
Görüşdə 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi ilə bağlı məsələlər də müzakirə edilib. Layihə bp-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına erkən mərhələdə verdiyi töhfənin göstəricisi kimi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə “Səngəçal” terminalının elektrikləşdirilməsini təmin etməklə enerji keçidi istiqamətində həyata keçirilən fəaliyyətin nümunəsidir.
Söhbət zamanı Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resursları ilə Avropa bazarı arasında Azərbaycanın körpü rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, bu strateji üstünlüyün gələcəkdə daha da gücləndirilməsi məqsədilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
15 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
20 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı

























