Prime Cotton-un 30 illik yubileyinə həsr olunmuş Aqrar Biznes və Pambıq Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşkilatçılığı ilə Saatlı rayonunda ”Prime Cotton” şirkətinin 30 illik yubleyinə həsr olunmuş Aqrar Biznes və “Pambıq Festivalı” keçirilib.
Festival ölkənin aqrar sektorunda dövlət və özəl tərəfdaşlığın inkişafını, yerli istehsalçıların və innovasiyaların dəstəklənməsini hədəfləyib.
1995-ci ildə əsası qoyulan "Prime Cotton" bu gün “GP Cotton Holdings” qrupunun tərkibində fəaliyyət göstərir və pambıqdan iplik və hazır məhsula qədər bütün istehsal mərhələlərini birləşdirən tam inteqrasiya olunmuş sistemə malikdir.
Şirkət 30 il ərzində “Made in Azerbaijan” brendini 20-dən çox ölkədə tanıdıb, 7000-ə yaxın fermerlə əməkdaşlıq qurub və beynəlxalq "OEKO-TEX","Sedex", "ICA", "Higg Index" sertifikatları ilə fəaliyyətini inkişaf etdirib. O cümlədən BCI, NOP, GOTS, ISO 9001, ISO 14001 və ISO 45001 kimi beynəlxalq sertifikatların alınması istiqamətində də fəal hazırlıq aparır.
Bununla yanaşı, "Prime Cotton" Geodentify Ltd (Böyük Britaniya) şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın pambıq istehsalında elmə əsaslanan mənşə və izlənəbilərlik sisteminin tətbiqinə başlayıb.
Yubiley tədbirləri çərçivəsində 3 noyabr tarixində "Prime Cotton" şirkətinin Saatlı filialında “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” adlı Bootcamp proqramı keçirilib.
20-ə yaxın ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı proqramda gənclər rəqəmsal kənd təsərrüfatı, süni intellekt tətbiqləri və aqrar innovasiyalar üzrə layihələrini təqdim ediblər.
4 noyabr tarixində Saatlıda H.Əliyev parkında keçirilən Aqrar Biznes və Pambıq Festivalı, "Prime Cotton"-un 30 illik fəaliyyət yolunu və şirkətin kənd təsərrüfatı sahəsindəki aparıcı rolunu nümayiş etdirib.
Festival kənd təsərrüfatı potensialının tanıdılması, fermerlərə dövlət və özəl sektor dəstəyinin artırılması məqsədini daşıyıb.
Tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər, sahibkarlar, dövlət qurumlarının və aqrar şirkətlərin nümayəndələri, eləcə də ali təhsil müəssisələrinin tələbələri iştirak edib.
Festivalın yekun hissəsində "Prime Cotton" şirkəti ilə 20 ildən artıq əməkdaşlıq edən fermerlər və əməkdaşlar xüsusi mükafatlarla təltif olunub. Tədbir Saatlı Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan konsert proqramı ilə davam edib.
“Bu yubiley sadəcə bir tarix deyil bu, torpağa olan sevgimizin, əməklə yoğrulmuş inamımızın təntənəsidir. Biz torpağa sədaqət, gələcəyə ümid və insanımıza güvən ilə bu yolda irəliləyirik.” – deyə "Prime Cotton" şirkətinin Baş İcraçı direktoru Rövşən Mahmudov vurğulayıb.
Eyni zamanda, festival çərçivəsində "Prime Cotton"un 30 illik yubleyinə həsr olunmuş video çarx nümayiş etdirilib. https://youtu.be/NC9kDYUk_zE
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 7 d. əvvəl
-
-
40 d. əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
44 d. əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
53 d. əvvəl
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
-
54 d. əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
- 58 d. əvvəl
-
1 saat əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
1 saat əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
XalqKart-ı indi pulsuz əldə edin
Ən çox oxunanlar
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi























