Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
10 ayda büdcədə 5 milyard 171milyon manat artıqlıq yaranıb.2025-ci ilin 10 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Maliyyə Nazirliyinin yayadığı məlumatada bildirilirki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40 milyard 960,7 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 3 milyard 946,5 milyon manat və ya 10,7 faiz üstələyib.
Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 32 milyard 891,4 milyon manat təşkil edib ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 14 milyard 378,3 milyon manat təşkil edərək proqnozdan 752,3 milyon manat və ya 5,5 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 38,6 milyon manat təşkil edərək proqnozdan 9,5 milyon manat və ya 32,6 faiz, sair daxilolmalar 614,8 milyon manat təşkil edərək proqnozdan 156,1 milyon manat və ya 34,0 faiz çox, Dövlət Neft Fondundan transfert isə 12 milyard 67,5 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edərək proqnoza qarşı 72,2 faiz icra olunub.
2025-ci ilin 10 ayı ərzində İcmal büdcənin xərcləri 32 milyard 691,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 10 aylıq icra göstəriciləri ilə müqayisədə 872.7 milyon manat və ya 2,7 faiz çoxdur.
Həmin dövrdə dövlət büdcəsinin xərcləri isə 27 milyard 720,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 387,6 milyon manat və ya 1,4 faiz azdır.
10 ay ərzində Azərbaycanın dövlət büdcəsində 5 milyard 170,8 milyon manat artıqlıq (profisit) yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)




