970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

9 ayda Gəncədə 428,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 ayda Gəncədə 428,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci il yanvar-sentyabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 428,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.

Məhsulun və xidmətlərin 85,7 milyon manatı, yaxud 20 faizi dövlət sektorunun sənaye müəssisələri, 342,8  milyon manatı, yaxud 80 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.

Emal sektorunun müəssisələri tərəfindən 383,6 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 92,6 milyon manat qida məhsulları istehsalı, 15,2 milyon manat içki, 184,9 milyon manat metallurgiya sənayesi məhsulları, 42,4 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 48,5 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-sentyabr ayları ərzində 28,0 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 15,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 

14.11.2025 10:21
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18