Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Marsol Group-un sədri Tural Mustafayev yerli sahibkarlığın inkişafında tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, Abşeron Ticarət Mərkəzinin İdarə Heyətinin sədri Araz Rəhimov sahibkarlara yaradılan şərait və infrastruktur barədə iştirakçıları məlumatlandırıb.Noyabrın 13-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Abşeron Ticarət Mərkəzi”ndə qonaq olub.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Görüş Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərən, Marsol Group partnyoru pərdə və döşəməlik qumaşların satışı ilə məşğul olan “Sarvagelli”nin şourumunda baş tutub.
Şirkətin rəhbəri İlkin Rəcəbli şirkətin fəaliyyəti və məhsul çeşidləri barədə ətraflı məlumat verib. Daha sonra Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev biznes subyektləri arasında əlaqələrin gücləndirilməsinin, yerli sahibkarlığın inkişafında tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Həmçinin görüşdə iştirak edən Abşeron Ticarət Mərkəzinin İdarə Heyətinin sədri Araz Rəhimov mərkəzin fəaliyyəti, müəssisələrə yaradılan şərait və infrastruktur barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra qonaqlara “Sarvagelli” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.
Sonda Marsol Group partnyoru “Art Jalüz” şirkətinin şourumu ziyarət olunub. Şirkətin təsisçisi Bəxtiyar Zeynallı qonaqları istehsalat sahəsi və məhsulları ilə yaxından tanış edib.
Tədbir çərçivəsində partnyor şirkətlərin nümayəndələrinin iştirakı ilə Abşeron Ticarət Mərkəzində ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar mərkəzin logistika və ticarət imkanları ilə yaxından tanış olublar.
Nəzərinizə çatdıraq ki, Marsol Group partnyoru olan Abşeron Ticarət Mərkəzi 300 hektarlıq ərazisi ilə Qafqazda inşa olunmuş ən böyük ticarət mərkəzidir. Nəhəng ticarət mərkəzində 1500-dən çox mağaza, yüz minlərlə çeşiddə məhsul var.
Ətraflı:
İnstagram: @absheron.tm
İnstagram: marsol.az
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
19 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























