Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Sizin Lombard"ın istiqrazlarına 50 investor, 50 sifariş təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sizin Lombard"ın istiqrazlarına 50 investor, 50 sifariş təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

5 noyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sizin Lombard brendi) 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

Marja xəbər verir ki, qeyd olunan AZ2038020288 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.11.2025-ci il tarixində yekunlaşmışdır. 

İstiqrazlara 50 investor, 50 sifariş təqdim edib. Emissiya tam şəkildə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2038020288

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 2000 ədəd

İlkin ticarət qiyməti: 1000 manat

İstiqrazların buraxılış həcmi: 2 000 000 manat

Kupon faizi: 15%

Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti: 7 il

Hərrac qiyməti*: 1000 manat

Reallaşdırılmış həcm: 2 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 manat

İnvestor sayı: 50

Sifariş sayı: 50

Anderrayter:  “İnvest-AZ İnvestisiya Şirkəti” QSC

18.11.2025 18:38
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18