"İnşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda bizneslərin böyümələrinə təhdid yoxdur"
“Abşeron” Ticarət Mərkəzi yeni şəhərsalma təşəbbüslərində sahibkarların yanındadırBakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət-özəl tərəfdaşlığına qoşulan Abşeron Ticarət Mərkəzi KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin) yanında İctimai Şuranın keçirdiyi ictimai müzakirəyə evsahibliyi edib.
Sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması məqsədilə keçirilən ictimai müzakirədə aidiyyati dövlət qurumlarının nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.
İctimai müzakirə iştirakçıları Abşeron Ticarət Mərkəzi ilə tanış olaraq, yeni şəhərsalma çağırış və trendlərinə hazırlığı, mövcud imkanları barədə məlumatlanıblar.
Qonaqlara bildirilib ki, 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda hazırda fəaliyyət göstərən bizneslərin böyümələrinə təhdid yoxdur. “Abşeron” Ticarət Mərkəzinin marketinq komandasının araşdırmasına görə, bunun səbəbi 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il orta hesabla 13,2% böyümə gözlənməsidir.
Sektorun inkişaf meyllərini, əhali artımı və şəhərsalma trendlərini nəzərə alan “Abşeron” Ticarət Mərkəzi Azərbaycan tikinti sektorundakı topdan və pərakəndəçilərin rahat böyüməsi üçün real platformadır. Ticarət Mərkəzinin logistika və gömrük baxımından əlverişli yerləşməsi onu sahibkarlar üçün rahat edir.
Regionlara, eləcə də Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin digər üstünlükləridir. Müntəzəm ictimai nəqliyyat Abşeron Ticarət Mərkəzinə rahat alıcı axınını təmin edir. Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla, ümumilikdə, 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reyslə 700-dən çox adam hərəkət edir. Ticarət Mərkəzində, həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.
Bunlardan başqa, Mərkəz sahibkarlara onların böyüməsi və əmlaklarının qorunması üçün çox vacib olan yanğından mühafizə, təhlükəsizlik, sığorta, anbar xidmətləri kimi xidmətlər də göstərir. Ticarət Mərkəzinin marketinq komandası kiçik bizneslərə sosial media marketinqi təlimləri verir, onlara sosial media səhifələrini yaratmaqda yardım göstərir, “Abşeron” Ticarət Mərkəzi sahibkarların müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakına dəstək verir.
“Abşeron” Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. Yüklənmiş şəhər mərkəzlərindən kənarda olmaqla, əhaliyə, nəqliyyatın hərəkətinə maneə yaratmamaqla bərabər, həm də genişlik, çeşid bolluğu, daha çox biznesə rahat fəaliyyət imkanı verir.
300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə “Abşeron” Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
İctimai müzakirə iştirakçılarına “Abşeron” Ticarət Mərkəzinin paytaxtda ticarət və xidmət infrastrukturunun, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznes subyektlərinin fəaliyyətinə əlverişli şərait yaratdığı və əməkdaşlıqlara hazır olduğu vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
21 d. əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 35 d. əvvəl
-
47 d. əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Ən çox oxunanlar
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır


















.jpg)


