“Bir Kredit BOKT” böyüyüb - KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIB
2025-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun) “Bir Kredit BOKT” MMC-nin cəmi aktivləri 10 milyon 442 min manat və ya 12% artaraq 30 iyun 2025-ci il tarixində 97 milyon 606 min manata çatıb. Ötən ilin sonunda “Bir Kredit BOKT” MMC 87 milyon 164 min manat cəmi aktivlərə malik idi.
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayı ərzində “Bir Kredit BOKT” MMC-nin cəmi kapitalı 10 milyon 440 min manat və ya 13% artaraq 30 iyun 2025-ci il tarixində 97 milyon 603 min manata çatıb. Təşkilat ötən ilin sonunda 87 milyon 163 min manat cəmi kapitala malik idi.
“Bir Kredit BOKT” MMC 30 iyun 2025-ci il tarixində 2 min 460 manat cəmi öhdəliklərə malik olub. Təşkilat 2024-cü ilin sonunda 610 manat cəmi öhdəliklərə malik idi.
“Bir Kredit BOKT” MMC 2025-ci ilin ilk 6 ayını 59 min 460 manat xalis zərər ilə başa vurub. Halbuki təşkilat 2024-cü ilin ilk yarısını 358 min 510 manat, 2024-cü ili isə 401 min 855 manat xalis zərər ilə bağlamışdı. Beləlklə, bu il Təşkilatın xalis zərəri 6 dəfə azalıb.
“Bir Kredit BOKT” MMC bank olmayan kredit təşkilarları sektorunda ən böyük nizamnamə kapitalına malik BOKT-dir. Hazırda BOKT 99 milyon 835 min 580 manat nizamnamə kapitalına malikdir ki, bu Mərkəzi Bankın 2025-ci il birinci yarım il üzrə açıqlanan statistik məlumatlarında 93 BOKT üzrə 272.2 milyon manat ümumi nizamnamə kapitalı həcminin 36.6 faizinə bərabərdir.
Xəbər verdiyimiz kimi “Bir Kredit BOKT” MMC 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirilməsi üçün proseslərə start verib (hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd istiqraz). İstiqrazlar üzrə illik faiz dərəcəsi 11.5 faiz təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər hər 30 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödəniliəcəkdir. İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-nin ticarət platforması üzərindən həyata keçiriləcəkdir. Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə “Bir Kredit BOKT” MMC-nin aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi ilə həyata keçiriləcəkdir
“Bir Kredit BOKT” MMC-nin “Competo” MMC-nin (Birmarket brendi) nizamnamə kapitalındakı iştirakı 72.805%, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun nizamnamə kapitalındakı iştirakı 100%-dir.
“Bir Kredit BOKT” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verə bilər. Kreditlərin verilməsi üçün müvafiq lisenziyaya malik olan “Bir Kredit BOKT” MMC, həmçinin aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:
• Borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
• Lizinq; • Veksellərin uçotu;
• Qarantiyanın verilməsi;
• Sığorta agenti xidmətlərinin göstərilməsi;
• Borcalanlara, o cümlədən, birgə borcalan qruplarına maliyyə, texniki, idarəetmə və maliyyə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi
Cəmiyyətin nizamnamə kapitalı 100 % payla bir hüquqi şəxsə ("Kapital Bank" ASC) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
2 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)







