"Nəzərdə tutulan güzəştlər Naxçıvanı Türkiyənin iş adamları üçün daha da cəlbedici edəcək”
"Naxçıvan üçün tətbiq olunacaq güzəştlər Türkiyədən investisiya axınını daha da sürətləndirəcək".
Bunu Azərbaycan Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirirb.
O qeyd edib ki, Türkiyədə keçirilən ümumi iqtisadi forumlar Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi baxımından mühüm rol oynayır:
“Türkiyədə keçirilən ümumi iqtisadi forumun çox böyük əhəmiyyəti var. Bildiyiniz kimi, bu ilin mart ayında biz Birinci Azərbaycan–Türkiyə İqtisadi Forumunda iştirak etmişdik. Nəzərə alsaq ki, gələn ildən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan güzəştlər – xüsusilə təşviqlər, gömrük, vergi və digər imtiyazlar tətbiq olunacaq, bu, Naxçıvanı Türkiyənin sərhəd bölgələrindən olan iş adamları üçün daha da cəlbedici edəcək”.
Vitse-prezident forumun sabit şəkildə keçirilməsinin önəmini vurğulayıb:
“Düşünürəm ki, ikinci dəfə keçirilən bu forumun davamlı xarakter alması çox vacibdir. Həm Türkiyə, həm Azərbaycan, həm də Naxçıvan tərəfindən olan sahibkarların iştirakı böyük önəm daşıyır. Qarabağda keçiriləcək növbəti forumda Azərbaycanın müxtəlif bölgələrindən sahibkarların daha geniş iştirak edəcəyi gözlənilir. Eyni zamanda Naxçıvanlı sahibkarlar da həmin tədbirdə fəal təmsil olunacaqlar”.
Vüqar Abbasov deyib ki, mövcud platformalar biznes əlaqələrinin genişlənməsinə real imkan yaradır:
“Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının bir qolu kimi Naxçıvan Sahibkarlar Konfederasiyası da sahibkarlar üçün geniş fürsətlər təmin edir. Belə forumlarda iştirak bu əməkdaşlığın davamlı və məqsədli şəkildə inkişafına mühüm töhfə verir”.
© Naxcivanxeberleri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
9 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
11 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
14 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
16 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 35 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























