Vergi Məcəlləsində yenilik: ƏDV qeydiyyatının ləğvi üçün limitlər artırılır
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.
2026-cı ildən etibarən isə ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılıb.
Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcəkdir. Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı 100.000 manatdan çox olmadığı halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən etibarən ƏDV qeydiyyatının ləğvi zamanı vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.
Nağdsız əməliyyatlara tətbiq edilən 0,5 əmsal nə deməkdir?
Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev açıqlamasında bildirib ki, dəyişiklik nağdsız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır.
“Pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlərə 0,5 əmsal tətbiq edilir. Bu, həmin dövriyyənin ƏDV qeydiyyatı üçün yarı məbləğ kimi qəbul edilməsi deməkdir”.
“Bu yanaşma sahibkarların nağdsız əməliyyatlarını faktiki dövriyyədən daha aşağı göstərici ilə ƏDV məqsədlərinə hesablanmasına imkan verir.
Yeni qaydaların tətbiqi praktikada sahibkarlar üçün real güzəştlər yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində POS-terminal vasitəsilə 300 min manat nağdsız dövriyyəsi, əlavə olaraq isə 40 min manat nağd dövriyyəsi formalaşdığını nəzərə alaq. Bu halda sahibkarın ümumi dövriyyəsi 340 min manat təşkil edir. Mövcud yanaşmaya görə bu məbləğ ƏDV qeydiyyatı üçün öhdəlik yaradır. Lakin yeni mexanizm çərçivəsində nağdsız dövriyyəyə 0,5 əmsal tətbiq olunduğundan, 300 min manatlıq nağdsız dövriyyə ƏDV məqsədləri üçün 150 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 190 min manat təşkil edir. Bu məbləğ 200 min manatlıq məcburi ƏDV qeydiyyatı həddindən aşağı olduğuna görə, sahibkarın ƏDV ödəyicisi kimi qeydiyyata alınması öhdəliyi yaranmır.”-Mehdi Babayev qeyd edib.
“Dəyişikliklər nəticəsində sahibkarlara demək olar ki, belə bir imkan yaradılır: Nağdsız qaydada 400 min manat dövriyyə apar, amma yenə də ƏDV ödəyicisi olma. Bu mexanizm sadələşdirilmiş vergi sistemində fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli dəstək olacaq”, - Mehdi Babayev vurğulayıb.
ƏDV qeydiyyatından çıxma prosesində də dəyişiklik tətbiq edilir
Hazırkı qanunvericiliyə görə, vergi ödəyicisi ardıcıl 12 ay üzrə dövriyyəsi 100 min manatdan çox deyilsə, ƏDV qeydiyyatının ləğvi üçün müraciət edə bilər.
“Yeni yanaşma ƏDV qeydiyyatından çıxma prosesində də sahibkarlar üçün daha əlverişli şərait yaradır. Məsələn, fərdi sahibkarın bir il ərzində 50 min manat nağd, 90 min manat isə POS-terminal vasitəsilə nağdsız dövriyyəsi formalaşıb. Bu halda ümumi dövriyyə 140 min manat təşkil etdiyindən, hazırkı qaydalara əsasən sahibkar ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ əldə etmir. Lakin yeni mexanizm tətbiq olunduqda nağdsız dövriyyə 0,5 əmsalla hesablanır və 90 min manatlıq dövriyyə ƏDV məqsədləri üçün 45 min manat kimi qəbul edilir. Nağd dövriyyə ilə birlikdə hesablandıqda isə sahibkarın ƏDV məqsədləri üçün dövriyyəsi 95 min manat təşkil edir. Bu isə ona ƏDV qeydiyyatının ləğvi üçün müraciət etmək hüququ verir.
Nəticə etibarilə, nağdsız ödənişlərə tətbiq edilən 0,5 əmsal mexanizmi sahibkarların vergi yükünü azaltmaqla yanaşı, onların maliyyə əməliyyatlarını daha şəffaf və sistemli şəkildə aparmasına imkan yaradır. Bu islahat nağdsız dövriyyənin təşviqinə xidmət edir, sahibkarların fəaliyyətini yüngülləşdirir və dövlətin nağdsız iqtisadiyyatın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji hədəflərlə uzlaşır”, - Mehdi Babayev əlavə edib.
Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
20 d. əvvəl
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
- 45 d. əvvəl
-
48 d. əvvəl
Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb
-
1 saat əvvəl
Türkiyədə Azərbaycan vətəndaşlarına mənzil satışı artıb - 11 AYDA 831 MƏNZİL
-
1 saat əvvəl
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
"Caucasus Auto"nun Bakıda yeni Baş ofisi açıldı
Ən çox oxunanlar
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti



















