Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunubAZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb.
Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədə bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə “Wizz Air” aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən “Wizz Air” aviaşirkəti tərəfindən icrası planlaşdırılır.
AZAL-ın prezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.
Öz növbəsində səfir Elçin Qasımov Slovakiya tərəfinin birbaşa aviareysin açılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən “Wizz Air” aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malik olduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığını diqqətə çatdırıb.
Qeyd edilib ki. Son illər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərək Avropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən 40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühüm mövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkət parkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağa qənaətcil “Airbus” və “Boeing” təyyarələri ilə donanmasını gücləndirir ki, bu da əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
57 d. əvvəl
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
2 saat əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Əmanətçilər üçün xüsusi təklif
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Ən çox oxunanlar
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”




















