OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb
OpenAI şirkəti Amazon ilə 10 milyard dollarlıq investisiya cəlb etmək və onun Trainium çiplərindən süni intellekt üçün istifadə edilməsi məqsədilə danışıqlar aparır. 10 milyard dollarlıq investisiya razılaşması nəticəsində OpenAI-nin dəyəri 500 milyard dolları aşa bilər.OpenAI şirkəti (ChatGPT) Amazon ilə ən azı 10 milyard dollar həcmində investisiya cəlb edilməsi və süni intellekt üçün onun çiplərindən istifadə olunması barədə danışıqlar aparır.
Marja xəbər verir ki, Bu barədə "The Information" nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, danışıqlar OpenAI-nin ChatGPT-nin yaradıcısı olan şirkətdə Microsoft-un 27% pay aldığı korporativ yenidənqurma prosesini oktyabr ayında başa çatdırmasından sonra başlayıb.
OpenAI-nnin Amazon ilə danışıqlar apardığını CNBC və Bloomberg-in məlumatlı mənbələri də təsdiqləyiblər.
Televiziya kanalının həmsöhbəti investisiya məbləğinin 10 milyard dolları aşa biləcəyini bildirib, lakin mümkün razılaşmanın detalları hələ dəqiqləşdirildiyini və dəyişə biləcəyini qeyd edib.
Agentliyin mənbəsinin təsdiqinə görə, danışıqlar ilkin mərhələdədir. O bildirib ki, razılaşma ChatGPT-nin yaradıcısı (OpenAI ) tərəfindən Amazon Web Services-in Trainium çiplərindən istifadəni nəzərdə tutur. CNBC-nin qeyd etdiyinə görə, Amazon-un bu yarımkeçirici bölməsi təxminən 2015-ci ildən süni intellekt üçün öz çiplərini hazırlayır. Şirkət 2018-ci ildə Inferentia çiplərini, 2025-ci ilin dekabr ayının əvvəlində isə Trainium çiplərinin son nəsil versiyasını təqdim edib. Məlumata əsasən, Trainium çipləri bazarda dominant mövqeyə malik Nvidia-nın qrafik prosessorları ilə müqayisədə daha ucuz və daha səmərəlidir.
Bloomberg-in mənbəsinin sözlərinə görə, 10 milyard dollarlıq investisiya sazişi nəticəsində OpenAI-nnin dəyəri 500 milyard dolları ötə bilər. Oktyabr ayında OpenAI əməkdaşlar üçün 6,6 milyard dollar həcmində ikinci dərəcəli səhm satışı həyata keçirdikdə, şirkətin dəyəri 500 milyard dollara yaxınlaşmışdı. Bu, ChatGPT-nin yaradıcısına İlon Maskın SpaceX şirkətini geridə qoyaraq dünyanın ən bahalı startapı olmağa imkan verib.
Son dövrlərdə OpenAI süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə ümumilikdə 1 trilyon dollar həcmində müqavilələr bağlayıb. Bazarda OpenAI-ın “qızıl toxunuşu”ndan danışılmağa başlanıb, çünki onunla əməkdaşlıq edən şirkətlərin səhmləri onlarla faiz yüksəlir. Lakin Bloomberg-in qeyd etdiyinə görə, son aylarda Uoll-Strit analitikləri mümkün “köpük” formalaşması ilə bağlı xəbərdarlıqlar etməyə başlayıblar və diqqəti şirkətlərin öz məhsullarına çəkilən xərcləri dəstəkləmək üçün potensial müştərilərə böyük vəsait yatırmasına yönəldiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























