Qızıl və gümüşün qiymətində yeni tarixi rekord: Qiymət 4 min 400 dolları da keçdi
Bazar ertəsi beynəlxalq birjalarda qızılın qiyməti ABŞ-da faiz endirimlərinin davam edəcəyinə dair artan gözləntilər və güclü "təhlükəsiz liman" tələbinin təsiri ilə tarixi ən yüksək səviyyəsinə qalxıb. Gümüş də "ralliyə" qoşularaq tarixi zirvəsini görüb.
Marja.az xəbər verir ki, qızıl 1,5 faiz bahalaşaraq unsiyası 4 min 400 dollara yüksələrək rekord qırıb (Bakı vaxtı ilə saat 10:35-də 4 min 402 dollaraticarət olunub). Gümüşün qiyməti 3,2 faiz artımla 69,4 dollara qalxaraq tarixi ən yüksək səviyyəsinə çatıb.
Qızıl 1979-dan bəri ən güclü ilini yaşayır
Qızılın qiyməti ilin əvvəlindən bu yana 67 faiz artaraq 3 min və 4 min dollar səviyyələrini ilk dəfə keçib və 1979-dan bəri ən güclü illik bahalaşma yolundadır.
Gümüş isə138 faizlik bahalaşma ilə qızılı açıq fərqlə geridə qoyub. Bu kəskin yüksəlişdə güclü investor axınları və davam edən təklif çatışmazlıqları həlledici rol oynayıb.
"StoneX"in baş analitiki Matt Simpson dekabr aylarının adətən qızıl və gümüş üçün müsbət gəlirlər təqdim etdiyinə diqqət çəkib:
“Qızıl və gümüş üçün dekabr ayı adətən müsbət keçir. Ancaq qızıl bu ay artıq 4 faiz bahalaşıb və ilin sonuna yaxınlaşırıq. Əməliyyat həcmləri azalarkən mənfəət satışları ehtimalı da artır.”
Geosiyasi risklər və mərkəzi banklar dəstək verir
Ənənəvi "təhlükəsiz liman" kimi görülən qızıl; artan geosiyasi və ticarət gərginlikləri, mərkəzi bankların sabit alışları və gələn il faizlərin enəcəyi gözləntiləri ilə bahalaşır.
Zəifləyən dollar da qızıla əlavə dəstək verir; çünki dolların ucuzlaşması metali xarici investorlar üçün daha cəlbedici edir.
Bazarlar Fed-ə baxmayaraq faiz endirimi gözləyir
Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) ehtiyatlı mövqeyinə baxmayaraq gələn il 2 faiz endirimini qiymətləndirir. Faiz gəliri olmayan aktivlər olan qızıl və gümüş aşağı faiz mühitlərində adətən daha yaxşı performans göstərirlər.
Simpson bildirib ki, iki FED-in faiz endirimi 2026-cıı il üçün də gündəmdədir; ABŞ-da əmək bazarında daha sürətli yavaşlama və FED-in daha daha kəskin faiz endirimi mövqeyə keçməsi qızıl qiymətlərinə əlavə yuxarı yönlü dəstək verə bilər.
Platin və palladium da rallidədir
Qiymətli metallardakı yüksəliş təkcə qızıl və gümüşlə məhdudlaşmır. Platin 4,1 faiz bahalaşaraq 2 min 54,25 dollara yüksəlib son 17 ilin zirvəsini görərkən, palladium 4 faiz bahalaşaraq 1781,32 dollara qalxıb və təxminən son üç ilin ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
52 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
54 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)



.jpg)



.jpg)










