Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
"1 aprel tarixindən etibarən qadağanın tətbiqi bazarda mövcud olan anbar qalıqları və artıq ödənişi edilmiş, hazırda yolda olan məhsullar üçün yetərli zaman deyil. Keçid dövrünün 6–8 ay (ən azı sentyabr ayınadək) uzadılması məqsədəuyğun olar"Son günlər Milli Məclisdə elektron siqaretlərin qadağan olunması ilə bağlı aparılan müzakirələr cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Azərbaycana elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlərin (Mana Group MMC, Elux Group MMC, Pro Vape MMC, STM Smok MMC, My Vape MMC, İnar Group MMC, Camel Trading MMC, Z1 MMC və Estm Smok MMC) sahibkarları bildirirlər ki, dövlətin əsas məqsədi olan ictimai sağlamlığın qorunmasını anlayışla qarşılayır və dəstəkləyirlər. Bununla belə, müzakirə olunan qadağa iqtisadi və sosial risklər yarada bilər.
Sahibkarlarla aparılan müzakirələr göstərir ki, 1 aprel tarixindən etibarən qadağanın tətbiqi bazarda mövcud olan anbar qalıqları və artıq ödənişi edilmiş, hazırda yolda olan məhsullar üçün yetərli zaman deyil. Sahibkarların böyük əksəriyyəti bildirir ki, mövcud stokların qanuni şəkildə realizasiyası üçün ən azı sentyabr ayına qədər keçid müddətinə ehtiyac var.
Hazırkı halda:
• Küllü miqdarda məhsul artıq aksiz, gömrük və vergi ödənişləri edilərək idxal olunub və ya yoldadır;
• kəskin qadağa 90%-ə yaxın sahibkarın fəaliyyətini dayandırması riskini yaradır;
• təxminən 2 000 nəfər işsiz qalma təhlükəsi ilə üz-üzədir;
• banklar və dövlət strukturları kredit gecikmələri, məhkəmə çəkişmələri və sosial gərginliklə qarşılaşa bilər.
Sahibkarlar hesab edirlər ki, keçid dövrünün 6–8 ay (ən azı sentyabr ayınadək) uzadılması:
• mövcud stokların qanuni şəkildə tükədilməsinə,
• bizneslərin digər sahələrə adaptasiyasına,
• iş yerlərinin qorunmasına,
• dövlətin fiskal və sosial maraqlarının balanslı şəkildə təmin olunmasına imkan verər.
Beynəlxalq təcrübə göstərir ki, tam qadağa deyil, sərt və ağıllı tənzimləmə daha effektiv nəticə verir. Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-da bu sahə:
• lisenziyalaşdırma,
• yaş məhdudiyyətləri,
• məhsul standartları,
• ciddi cərimələr və nəzarət mexanizmləri ilə tənzimlənir.
Nəticə olaraq
Azərbaycanda da məqsədəuyğun yol — ictimai sağlamlığı qoruyaraq, eyni zamanda minlərlə insanın dolanışığını riskə atmayan balanslı qərarın verilməsidir. Keçid dövrü ilə müşayiət olunan sərt nəzarət modeli həm dövlət, həm biznes, həm də cəmiyyət üçün daha sağlam nəticələr vəd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
9 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
9 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
11 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
11 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım


























