Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Rabitəbank müştərilərin alternativ maliyyə ehtiyaclarının qarşılanması, maliyyə inklüzivliyinin genişləndirilməsi və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində mühüm addım atır.
Marja.az xəbər verir ki, Bank 1 Fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba (islami qayda ilə cəlbetmə) və Murabaha (islami qayda ilə yerləşdirmə) məhsullarını xüsusi tənzimləmə rejimi çərçivəsində təqdim edəcək.
Mudaraba məhsulu üzrə cəlb ediləcək vəsaitlərin minimum məbləği 500 AZN və ya onun ekvivalenti, maksimum məbləği isə 500.000 AZN və ya onun ekvivalenti təşkil edir. Depozitin müddəti 12 aya qədər müəyyən edilir. Bu məhsuldan həm sahibkarlar və həm də fiziki şəxslər yararlana bilər. Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunacaq və əldə edilən gəlirdən sərmayəçilərin payı təmin ediləcək.
Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim edilir. Bu məhsul üzrə kredit məbləği minimum 30.000 AZN, maksimum isə 500.000 AZN və ya onun ekvivalenti səviyyəsində müəyyən edilib. Kredit müddəti maksimum 12 ay təşkil edir. Murabaha çərçivəsində şəriət qaydaları ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür və bu məhsuldan yalnız sahibkarlar yararlana biləcəklər.
Hər iki məhsuldan həm dini inanclı sahibkarlar, həm də İslam bankçılığına maraq göstərən digər müştərilər yararlana bilərlər. Məhsullar üzərində nəzarət həm Azərbaycan Respublikasının Mərkəzi Bankı, həm də Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İslam Şurası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, Rabitəbank müştərilər üçün mütəmadi olaraq müvafiq hesabatların açıqlanmasını təmin edəcək.
Mudaraba və Murabaha təşəbbüsləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçiriləcək. Bu rejim innovativ maliyyə xidmətlərinin bazara çıxarılmasına, maliyyə xidmətlərinin təhlükəsizliyinin və əlçatanlığının artırılmasına, eləcə də ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir. Sınaq müddətinin sonunda əldə olunan nəticələrin müsbət olması halında, bu maliyyə alətləri daimi əsaslarla tətbiq ediləcək və qeyd olunan addım ölkədə İslam bankçılığının formalaşdırılması istiqamətində mühüm mərhələ olacaq.
Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni imkanlar yaradır. Bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ilə yanaşı, bu təşəbbüs ölkədə İslam bankçılığının formalaşdırılması və alternativ maliyyə mexanizmlərinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
19 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 19 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
22 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
23 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)




