Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!

iç səhifə xəbər başlığı altı (mobil)_31
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AFB Bank maliyyə bazarında mövqelərini möhkəmləndirərək əmanət və kredit istiqamətləri üzrə davamlı və balanslı inkişaf nümayiş etdirir. Əmanət məhsulları üzrə yenilənmiş və daha çevik şərtlər müştərilərin Banka marağını əhəmiyyətli dərəcədə artırıb və cəlb olunan vəsaitlərin həcminə müsbət təsir göstərib.

Marja.az xəbər verir ki. bu, AFB Bankın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, son 6 ay ərzində AFB Bank-da yeni əmanətçilərin sayı 80% artıb, ümumi əmanət portfelinin həcmi  237 milyon manata çatmışdır, bu isə Bankın təqdim etdiyi məhsulların bazar tələblərinə uyğunluğunu və müştərilərin uzunmüddətli etimadını əks etdirir.

AFB Bank müştərilərin müxtəlif maliyyə ehtiyaclarını nəzərə alaraq bir neçə əmanət məhsulu təqdim edir. “Müddətli Əmanət” məhsulu çərçivəsində müştərilər 12, 18, 24 və 36 ay müddətlər üzrə vəsaitlərini yerləşdirərək faizlərin aylıq və ya müddətin sonunda ödənilməsi şərti ilə illik 12%-dək gəlir əldə edə bilirlər. Bu məhsul stabil gəlir və kapitalın qorunmasına üstünlük verən müştərilər üçün nəzərdə tutulub.

Daha çevik idarəetmə imkanları təqdim edən “Sərbəst əmanət” məhsulu isə müştərilərə vəsaitlərini istənilən vaxt artırmaq və ya azaltmaq imkanı yaradır. 18 ay müddətinə, illik 7% gəlirlə və faizlərin aylıq ödənilməsi şərti ilə təqdim olunan bu məhsul sərbəstliyə önəm verən müştərilər üçün ideal seçimdir. Minimum əmanət məbləği 1 000 AZN təşkil edir.  

Uzunmüddətli yığım və mərhələli kapital artımını hədəfləyən müştərilər üçün “Yığım əmanət” məhsulu təqdim olunur. Bu məhsul 12, 18, 24 və 36 ay müddətlər üzrə AZN və USD valyutalarında yerləşdirmə imkanı yaradır. Faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər, illik gəlirlilik isə AZN üzrə 10.5%-dək, USD üzrə 2%-dək təşkil edir. Minimum əmanət məbləği 100 AZN/USD olmaqla, vəsaitin istənilən vaxt artırılması imkanı da mövcuddur.

AFB Bank-ın maliyyə sabitliyi beynəlxalq səviyyədə də təsdiqlənib. Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Bu qiymətləndirmə Bankın adekvat kapitallaşması, kifayət qədər likvidlik ehtiyatları və sabit maliyyə göstəriciləri ilə əsaslandırılıb.

Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.

İş elanları AzVak.az-da

AFB Bank AFB Bank ASC əmanət məhsulları depozit portfeli əmanətçilərin sayı əmanət artımı bank əmanətləri kredit və əmanət bazarı maliyyə bazarında mövqelər bank inkişafı Marja.az xəbər müddətli əmanət sərbəst əmanət yığım əmanət yüksək faizli əmanətlər AZN əmanətləri USD əmanətləri aylıq faiz ödənişi uzunmüddətli yığım bank məhsulları müştəri etimadı bank likvidliyi maliyyə sabitliyi Fitch Ratings kredit reytinqi stabil proqnoz bank kapitallaşması rəqəmsal bankçılıq transformasiya strategiyası müştəriyönümlü bankçılıq bank xidmət nöqtələri Azərbaycan bank sektoru maliyyə xidmətləri bank xəbərləri
15.01.2026 09:52

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18