Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır

"HSBC Securities (USA) Inc." yayımladığı yeni hesabatında qızıl qiymətləri üzrə proqnozlarını yuxarı istiqamətdə yenidən nəzərdən keçirib. Bank, qızılın bir unsiyasının 2026-cı ilin birinci yarısında 5000 ABŞ dolları səviyyəsinə çata biləcəyini proqnozlaşdırır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal maliyyə institutlarından biri olan HSBC qızıl bazarına dair qarşıdakı dövr üzrə gözləntiləri əks etdirən “Gold Outlook” hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, hesabatda geosiyasi risklər və makroiqtisadi göstəricilər fonunda qızılın unsiya qiymətinə dair proqnozların əhəmiyyətli dərəcədə artırıldığı qeyd olunub.

Bank qızıl üçün uzunmüddətli proqnozlarını aşağıdakı kimi yeniləyib:

2026: Orta qiymət gözləntisi 4587 ABŞ dolları olaraq müəyyən edilib, ilin birinci yarısında 5000 ABŞ dolları həddinin sınaqdan keçirilə biləcəyi qeyd edilib.

2027: Daha əvvəl 3 950 ABŞ dolları olan proqnoz 4 625 ABŞ dolları səviyyəsinə yüksəldilib.

2028: 3630 ABŞ dolları səviyyəsində olan gözlənti 4 700 ABŞ dollarına yenilənib.

2029: İlkin proqnoz 4 775 ABŞ dolları olaraq açıqlanıb.

HSBC analitikləri yüksəliş proqnozları ilə yanaşı bazardakı mümkün risklərə də diqqət çəkiblər. Hesabatda rekord səviyyələrə çatan qiymətlərin zərgərlik məmulatları və sikkə tələbi üzərində təzyiq yaratdığı barədə xəbərdarlıq edilib.

Bundan əlavə, 2026–2027-ci illər dövründə mədən hasilatında gözlənilən artım və ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimi dövrünü başa çatdırmasının 2026-cı ilin ikinci yarısından etibarən "rallinin" sürətini zəiflədə biləcəyi proqnozlaşdırılır. Bank, bazarın qarşıdakı dövrdə yüksək volatillik (oynaqlıq) və geniş qiymət diapazonunda hərəkət edəcəyini gözləyir.

Qeyd edək ki, bu gün qlobal birjalarda qızılın unsiyasının qiyməti 4900 dolları keçib. 

İş elanları AzVak.az-da

23.01.2026 16:33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18