Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 6,2% təşkil etmiş, bu isə 6,9 milyard manat və ya 4 milyard ABŞ dolları həcmində investisiya gəliri ilə nəticələnmişdir.

Bu barədə Marja.az Fonda istinadən xəbər verir.

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 milyard 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 milyard 31,4 milyon ABŞ dolları (102 milyard 53,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına (125 milyard 20,5 milyon manata) çatmışdır.

İş elanları AzVak.az-da

ARDNF investisiya gəlirliliyi ARDNF investisiya gəliri 2025 Dövlət Neft Fondu gəlirliliyi neft gəlirləri AÇG və Şahdəniz gəlirləri dövlət büdcəsinə transfert Azərbaycan iqtisadiyyatı neft fondu investisiya portfeli qlobal maliyyə bazarları dövlət investisiya strategiyası aktiv idarəçiliyi valyuta və qızıl portfeli investisiya gəlirliliyi statistikası Azərbaycan dövlət vəsaiti idarəçiliyi
27.01.2026 11:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18