Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə

Paris prokurorluğu Nestle, Fransada yerləşən qida-içki şirkəti Danone, Groupe Lactalis daxil olmaqla beş şirkət barəsində “insan sağlamlığı üçün təhlükə yaradan məhsullarla bağlı aldatma” ittihamı ilə cinayət işi açıb. Paris prokurorluğu bildirib ki, cinayət işi bəzi körpə ölümləri ilə də əlaqəlidir; bu ölümlərə uşaq qidalarına qarışan “cereulide” maddəsinin səbəb olduğuna dair əsaslı şübhələr müəyyən edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransada Paris prokurorluğu, Nestlé, Danone və Lactalis daxil olmaqla ümumilikdə beş qida şirkəti barəsində çinayət işi açıldığı haqqında məlumat yayıb.

Marja xəbər verir ki, cinayət işi həyati risk daşıdığı iddia edilən uşaq qidalarının bazara çıxarılması barədə əsaslı şübhə ilə bağlıdır. Prokurorluq bəzi hallarda körpə ölümlərinin bu uşaq qidaları ilə mümkün əlaqəsi şübhəsinin də araşdırıldığını elan edib.

Rəsmi qurumlar xüsusilə “cereulide” adlı toksin ehtimalı üzərində dayanır. Bu maddənin ürəkbulanma və qusmaya səbəb ola bildiyi məlumdur.

İddialara görə, sözügedən toksin istehsalda istifadə edilən və Çindəki təchizatçıdan alınan bəzi komponentlərdə aşkar edilib.

İstehsal dayandırılıb, geri çağırma başlayıb

Reuters-in məlumatına görə, Lactalis və Danone şirkətləri Babybio və La Marque markalı bəzi məhsullarında "cereulide" çirklənməsi müəyyən edildikdən sonra istehsalı dayandırıblar.

Hadisədən sonra Fransa başda olmaqla bir çox ölkədə məhsulların geri çağırılması barədə qərarlar qəbul edilib.

Ağır cəzalar gündəmdədir

İstintaq çərçivəsində şirkətlər təqsirli bilinərsə, məsul rəhbərlər 7 ilə qədər həbs cəzası və 3,8 milyon avroya qədər cərimə ilə üzləşə bilərlər.

Prokurorluq ölkə üzrə daxil olan çoxsaylı şikayətlər və açılan məhkəmə işlərinin texniki baxımdan mürəkkəb olması səbəbilə işi birbaşa öz üzərinə götürdüyünü bildirib.

Hüquqi prosesə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Foodwatch ilə yanaşı, uşaqlarının uşaq qidası qəbul etdikdən sonra xəstələndiyini bildirən səkkiz ailənin şikayətləri də daxil edilib.

Cinayət işi məhsul təhlükəsizliyi və təchizat zəncirinə nəzarət baxımından Avropa qida sektorunda yeni müzakirələrə səbəb ola bilər.

16.02.2026 18:25

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18