"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
(®) Azərbaycan Texniki Universitetində AzTU, AzFina və Mərkəzi Bankın tərəfdaşlığı ilə yaradılan “FinTech Lab”ın açılış mərasimində Epoint Inc.-in təsisçisi və direktoru Zeynal Kərimzadə iştirak edib.
“FinTech Lab” vasitəsilə tələbələrə maliyyə texnologiyaları sahəsində praktiki biliklərin aşılanması, bazarda hazırda ehtiyac duyulan ixtisaslı kadrların hazırlanması, ödəniş və elektron pul təşkilatları ilə birgə layihələrin icrası, həmçinin ölkədə maliyyə savadlılığının artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur.
AzFina tərəfindən seçilmiş 3 təşkilat – “United Payment”, “Global Innovations (Epoint)” və “BakuPay” laboratoriyada informasiya texnologiyaları üzrə mentorluq funksiyasını icra edəcək. Əlavə olaraq, iqtisadiyyat istiqaməti üzrə potensial kadrların formalaşdırılmasına Mərkəzi Bank və AzFina tərəfindən zəruri dəstək göstəriləcək. Tədris müddətində uğur qazanan iştirakçılara təşkilatlar tərəfindən iş imkanlarının təklif olunması planlaşdırılır.
İnnovasiya, bilik və real təcrübə — gələcək buradan başlayır.
“‘FinTech Lab’ kimi təşəbbüslər bizim üçün yalnız təhsil layihəsi deyil, eyni zamanda regionda dayanıqlı və innovativ maliyyə ekosisteminin qurulmasına yönəlmiş strateji addımdır. Məqsədimiz bizneslər və gələcəyin mütəxəssisləri üçün çevik, təhlükəsiz və vahid ödəniş infrastrukturu formalaşdırmaqdır”, — deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.
Ətraflı məlumat üçün:
+994 70 242 99 66
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)








