Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" platformaları (portal və mobil tətbiqləri) vasitəsilə göstərilməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, "vahid məlumat idarəçiliyi" yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları (qurumları) tərəfindən alınmasında "yalnız bir dəfə" prinsipinin reallaşdırılması, vençur maliyyələşmə və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, "mələk investorlar" institutunun təşviqi və tətbiqi, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, qlobal istedadları cəlb etmək üçün "rəqəmsal səyyah" vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyən edilməsi, miqrasiya prosedurlarının sadələşdirilməsi, İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşması, elektron ticarət və informasiya təhlükəsizliyi sahələri üzrə normativ hüquqi aktların tamamilə yenilənməsi nəzərdə tutulur.

Fəaliyyət Planı, ilk növbədə, ölkədə rəqəmsal inkişaf sahəsində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Fəaliyyət Planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 %-ə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcək.

27.02.2026 14:41

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18