İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
İran Müdafiə Nazirliyinin sözçüsü Rza Telayi Nik bildirib ki, ABŞ və İsrail qarşıdakı günlərdə məcburən müharibəni dayandırmaq məcburiyyətində qalacaqlar.İran Müdafiə Nazirliyinin sözçüsü Rza Telayi Nik ABŞ və İsrail ilə davam edən müharibə prosesi ilə bağlı açıqlamasında “Düşmən qarşıdakı günlərdə məcburən müharibəni dayandırmaq məcburiyyətində qalacaq” ifadəsini işlədib.
Marja xəbər verir ki, İran mətbuatında yer alan xəbərlərə görə, Telayi Nik qatıldığı televiziya proqramında İran ilə ABŞ və İsrail arasında davam edən toqquşmalarla bağlı açıqlamalar verib.
Telayi Nik bildirib ki, ABŞ və İsrail İran əleyhinə hücumların başlanğıcında Ali lider Əli Xameneinin hədəf alaraq ölkədəki siyasi sistemi və komandasını çökdürməyi planlaşdırdıqlarını düşündüyünü, lakin bunun strateji hesab səhvi olduğunu deyib. O qeyd edib: “Hər bir komandir üçün təlim keçmiş ehtiyat komandirlər müəyyən edilib. Düşmən qarşıdakı günlərdə məcburən müharibəni dayandırmaq məcburiyyətində qalacaq.”
ABŞ və İsrail ilə yaşanan müharibənin ilk anından etibarən İranın komanda heyətində koordinasiya problemi yaşanmadığını vurğulayan Telayi Nik, cəbhədəki tarazlığın İran xalqının xeyrinə dəyişdiyini deyib.
Telayi Nik İran Silahlı Qüvvələrinin 2025-ci ilin iyun ayında İsrail ilə yaşanan 12 günlük toqquşma dövrü ilə müqayisədə daha sürətli hərəkət etdiyini və hücumlara operativ və intensiv şəkildə cavab verildiyini bildirib.
İranın qonşu və müsəlman ölkələrə hər zaman müsbət yanaşdığını deyən Telayi Nik, hər hansı bir ölkənin bazalarının İrana qarşı istifadə ediləcəyi təqdirdə, həmin təhdidin mənbəyini hədəfə almağın legitim olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?


















.jpg)





