Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
Qətərin energetika naziri neftin qiymətinin 150 dollar olacağını və qazın qiymətinin 4 dəfə artacağını proqnozlaşdırır."Əgər tankerler Hörmüz boğazından keçə bilməsə, neftin barelinin qiyməti iki-üç həftə ərzində 150 ABŞ dollarına qədər qalxa, qazın qiyməti isə Yaxın Şərqdəki münaqişədən əvvəlki qiymətlərlə müqayisədə təxminən dörd dəfə artaraq MWh üçün 117 avroya çata bilər".
Marja.az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad Şerida əl-Kaabi (Saad Sherida əl-Kaabi) Financial Times (FT) qəzetinə bildirib.
Nazir xəbərdarlıq edib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi dünya iqtisadiyyatını sarsıda bilər: "Əgər körfəzdəki bütün neft və qaz ixrac edən ölkələr bir neçə gün ərzində hasilatı dayandırsa, neftin qiyməti rekord səviyyələrə qalxacaq".
Amma münaqişə dərhal dayansa belə, Qətərin ölkədə ən böyük LNG istehsal zavoduna İran dronunun zərbəsindən sonra normal təchizat dövrünə qayıtması üçün "bir neçə həftədən bir neçə aya" ehtiyacı olacaq.
"Qətər qazının yalnız kiçik bir hissəsini Avropaya ixrac edir. Lakin böhran yaranarsa, Avropa ciddi çətinliklərlə üzləşəcək, çünki Asiyadakı alıcılar bazarda mövcud olan hər hansı qaz üçün avropalılardan daha yüksək qiymətlər təklif edəcəklər",- deyə əl-Kaab xəbərdarlıq edib.
Onun fikrincə, Fars körfəzi ölkələri müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəklər. “Biz gözləyirik ki, hələ fors-major elan etməyənlərin hamısı vəziyyət həll olunana qədər yaxın günlərdə bunu edəcək. Fars körfəzi regionundakı bütün ixracatçılar fors-major elan etməyə məcbur olacaqlar”, – Qətərin energetika naziri hesab edir.
Neftin qiyməti 90 dollara yaxınlaşıb
Yaxın Şərqdəki münaqişələrin davam etməsi səbəbindən neft qiymətləri yüksəlir. Xüsusilə Hörmüz boğazında tankerlərin hərəkətinin dayanması neft qiymətlərində artımı sürətləndirib. Bu səbəbdən Brent neftinin qiyməti 89 dolları, ABŞ xam neftinin qiyməti isə 86 dolları aşıb. Bakı vaxtı ilə saat 16:40-da Brent nefti 4,4% bahalaşama ilə 89,16 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
9 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
9 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















