ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
(®) Gələcəyin bankçılığını quran ABB-nin təqdim etdiyi danışan süni intellekt köməkçiləri Beta mərhələsində uğurla sınaqdan keçdikdən sonra artıq hamıya əlçatandır. AI-khan və AI-nur adlı süni intellekt köməkçiləri müştərilərə ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərir, bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırır.
Artıq müştərilər AI-khan və AI-nurla sadəcə danışaraq kartları və hesabları arasında, həmçinin mobil nömrə ilə digər şəxslərə köçürmələr edə bilirlər.
Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, süni intellekt dərhal əməliyyatı yerinə yetirir.
Zərurət yarandıqda müştərinin kartının bloklaşdırılmasını, yaxud yenidən aktivləşdirilməsini də AI-khan və AI-nur həyata keçirir!
Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.
Yeni funksiyalar əlavə olunmaqla süni intellekt təcrübəsi tezliklə başqa bank əməliyyatlarını da əhatə edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
16 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
17 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)




