Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi

"Collezione Italia" və İspaniyanın çilçıraq brendi "Aromas Del Campo" tədbir keçirib. Tədbirdə Aparıcı interyer dizaynerləri bir araya gəlib. Onlara "Aromas Del Campo" brendi çilçıraqları üzərində işləmək imkanı yaradılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 4 aprel tarixində Collezione Italia-da “Shape the Light” adlı xüsusi workshop təşkil olunub. Tədbir Collezione Italia və Aromas Del Campo — İspaniya mənşəli çilçıraq brendinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Reklam_3_11

Workshop çərçivəsində ölkənin aparıcı interyer dizaynerləri bir araya gəlib. Tədbirə ümumilikdə 40-a yaxın dizayner dəvət olunub, onlardan 16 nəfəri isə lotodrom vasitəsilə keçirilən püşkatma əsasında seçilərək aktiv iştirak hüququ qazanıb.

Seçilmiş iştirakçılara Aromas Del Campo brendi tərəfindən təqdim olunan çilçıraqlar üzərində işləmək imkanı yaradılıb. Dizaynerlər hər biri öz fərdi yanaşmasını və yaradıcılıq baxışını əks etdirən eskizlər hazırlayıb, məhsullar üzərində bədii işləmələr həyata keçiriblər. Workshop dinamik və interaktiv mühitdə keçərək iştirakçılar üçün həm təcrübə, həm də yaradıcılıq platforması rolunu oynayıb.

Tədbir interyer dizaynerləri, beynəlxalq brend və yerli təmsilçi şirkət arasında əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Workshop-un sonunda Aromas Del Campo brendinin bölgə üzrə koordinatoru Oksana Sukhoviy-Polukhina çıxış edərək Collezione Italia haqqında müsbət fikirlərini bölüşüb. O, Collezione Italia-nı ölkənin aparıcı lüks interyer mərkəzlərindən biri kimi qiymətləndirərək, əməkdaşlıqdan məmnunluğunu ifadə edib və Aromas Del Campo brendinin Azərbaycanda tanınmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Shape the Light” workshop-u Collezione Italia-nın interyer dizayn sahəsində innovativ təşəbbüslərə açıq olduğunu və beynəlxalq — xüsusilə Avropa brendləri ilə əməkdaşlıqda aktiv rol oynadığını bir daha nümayiş etdirib.

Collezione Italia – Azərbaycanda Avropanın aparıcı premium və lüks interyer brendlərinin rəsmi multibrend nümayəndəsidir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

CollezioneItalia ShapetheLight ShapetheLightworkshop AromasDelCampo interyerdizayn interyerdizaynerleri cilciraqbrendi ispaniyabrendi luksinteryer luksinteryermərkəzi interyertədbiri dizaynworkshopu interyertəcrübəsi yaradıcılıqplatforması dizayneskizləri interyerməhsulları interyerdekoru interyerilhamı Avropabrendləri interyertrendleri Bakıinteryerdizayn interyerdizaynAzərbayca CollezioneItaliatədbiri AromasDelCampoAzərbayca
10.04.2026 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18