"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Mündis-geotexniki tədqiqatlar, mədən-qazma və dənizdə geotexniki tədqiqatlar aparan "Geoengineering "ASC 2025-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, Şirkətin 01.01.2025 – 30.06.2025-ci il dövrü üzrə satış gəlirləri 4 milyon 420 min 580 manat təşkil edib. Hesabatda satışla bağlı xərclər və satışın maya dəyəri göstərilmədiyindən, şirkətin ümumi mənfəəti də 4 milyon 420 min 580 manat olub.
Hesabat dövründə "Geoengineering" ASC-nin digər əməliyyat xərcləri 3 milyon 427 min 307 manat təşkil edib. Nəticədə şirkətin EBITDA göstəricisi 993 min 273 manat olub.
Amortizasiya və köhnəlmə xərcləri 387 min 958 manat təşkil etdikdən sonra şirkətin vergilərdən əvvəlki mənfəəti 605 min 315 manat olub.
"Geoengineering" ASC 2025-ci ilin birinci yarısında 121 min 63 manat mənfəət vergisi hesablayıb və dövrü 484 min 251 manat xalis mənfəətlə başa vurub.
Şirkətin EBITDA marjası təxminən 22,5%, xalis mənfəət marjası isə 11% səviyyəsində formalaşıb.
Aktivlər 1,6 milyon manat azalıb
"Geoengineering" ASC-nin cəmi aktivləri 2025-ci il iyunun 30-na 11 milyon 177 min 728 manat təşkil edib. Bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 623 min 924 manat və ya 12,7% azdır. 2025-ci ilin əvvəlində şirkətin aktivləri 12 milyon 801 min 651 manat idi.
Aktivlərdə əsas dəyişikliklərdən biri bank hesablaşma hesablarında azalma olub. Şirkətin bank hesablarındakı vəsaiti ilin əvvəlində 1 milyon 289 min 584 manat olduğu halda, iyunun 30-na 21 min 795 manata düşüb.
Eyni zamanda, alıcılar və sifarişçilər üzrə qısamüddətli debitor borcları artıb. Bu göstərici ilin əvvəlində 4 milyon 865 min 195 manat olduğu halda, iyunun sonunda 5 milyon 825 min 283 manata yüksəlib.
Bu, debitor borclarının 960 min 88 manat və ya 19,7% artması deməkdir.
Şirkətin kapital mövqeyi güclənib
Hesabata əsasən, "Geoengineering" ASC-nin nominal kapitalı dəyişməyərək 200 min manat səviyyəsində qalıb.
Şirkətin bölüşdürülməmiş mənfəəti isə ilin əvvəlində 2 milyon 301 min 867 manat olduğu halda, 2025-ci il iyunun 30-na 3 milyon 828 min 985 manata yüksəlib.
Bu, bölüşdürülməmiş mənfəətin 1 milyon 527 min 118 manat artması deməkdir.
Öhdəliklərdə azalma müşahidə olunub
Şirkətin uzunmüddətli öhdəlikləri demək olar ki, dəyişməyərək 2 milyon 536 min 548 manat səviyyəsində qalıb.
Qısamüddətli kreditor borcları isə azalıb. Malsatan və podratçılara qısamüddətli kreditor borcları ilin əvvəlində 1 milyon 475 min 505 manat olduğu halda, iyunun 30-na 1 milyon 389 min 458 manata enib.
Digər öhdəliklər də 3 milyon 875 min 79 manatdan 2 milyon 478 min 631 manata düşüb.
"Geoengineering" ASC 2025-ci ilin birinci yarısında mənfəətlə işləyib və satış gəlirlərinin təxminən 11%-ni xalis mənfəətə çevirə bilib. Şirkətin əməliyyat gəlirliliyi müsbət olsa da, xərclərin həcmi yüksəkdir: digər əməliyyat xərcləri satış gəlirlərinin təxminən 77,5%-nə bərabər olub.
Balans göstəricilərində isə əsas diqqətçəkən məqam aktivlərin azalması, bank vəsaitlərinin kəskin düşməsi və debitor borclarının artmasıdır. Bu, şirkətin dövriyyə vəsaitlərinin daha çox alıcı borclarında cəmləndiyini göstərir. Buna baxmayaraq, şirkət hesabat dövrünü 484 min manat xalis mənfəətlə tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 27 d. əvvəl
-
57 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
2 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
3 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti







.jpg)








.jpg)




