Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib

ABŞ-da federal məhkəmə Tramp administrasiyasının yeni H-1B viza müraciətlərində işəgötürənlərdən alınmasını nəzərdə tutduğu 100 min dollarlıq əlavə ödəniş şərtini qanuna zidd hesab edərək ləğv edib. Məhkəmə sözügedən ödənişin vergi xarakteri daşıdığına və bu səlahiyyətin Konqresə aid olduğuna hökm edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ-da federal məhkəmə Prezident Donald Tramp administrasiyasının H-1B viza müraciətləri üçün tətbiq etdiyi 100 min dollarlıq rüsumu ləğv edib.

Marja xəbər verir ki, qərar ixtisaslı xarici işçi qüvvəsinə ehtiyac duyan ABŞ texnologiya şirkətləri baxımından mühüm hadisə kimi qiymətləndirilib.

Massaçusets Federal Dairə Məhkəməsi Kaliforniyanın öncüllüyü ilə 20 ştat tərəfindən federal icra orqanlarına qarşı qaldırılan iş üzrə hökmünü açıqlayıb.

Məhkəmə yeni “H-1B” viza müraciətlərində işəgötürənlərdən 100 min dollar əlavə ödəniş alınmasını nəzərdə tutan prezident fərmanını və bu fərmana əsasən tətbiq edilən qaydaları qanuna zidd hesab edib. İddiaçı ştatların xeyrinə nəticələnən işdə sözügedən viza rüsumu tətbiqi ləğv edilib.

Qərarda 100 min dollarlıq əlavə ödənişin “vergi” xarakteri daşıdığı bildirilib.

Qərarda ABŞ Konstitusiyasına əsasən vergi tətbiq etmək səlahiyyətinin Konqresə məxsus olduğu xatırladılaraq, icra hakimiyyətinin bu addımının hakimiyyət bölgüsü prinsipinə və inzibati prosedur qaydalarına zidd olduğu vurğulanıb.

Sözügedən qayda 19 sentyabr 2025-ci ildə Tramp tərəfindən imzalanan prezident fərmanı ilə qüvvəyə minmişdi.

İş elanları AzVak.az-da

09.06.2026 10:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19