"Banklar insanlara zərrə qədər də güzəşt etmirlər"
Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin sədri akademik Ziyad Səmədzadə bankların devalvasiyalardan sonra borc yükü artan müştərilərə güzəştə getməmələrini tənqid edib.
“Marja” xəbər verir ki, Akademik Bakıda keçirilən “Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı konfransda çıxış edib.
O qeyd edib ki, banklar ilə bağlı Milli Məclisə çoxsaylı müraciət və şikayətlər daxil olur:
“Vətəndaşlar Milli Məclisə yüzlərlə şikayətlər göndərirlər. Banklar insanlara zərrə qədər də güzəşt etmirlər. Axı onlar insandırlar?! Biz cəmiyyətdə şikayətlərin azalması və konsensus yaratmaq üçün müraciətlərə imkan daxilində müsbət baxmalıyıq. Bununla bağlı araşdırma aparılmalıdır ki, bəlkə faizlər yüksək olub, bəlkə borcalanlar düzgün qiymətləndirilməyib... Elə olsun ki, sabah bir daha problemli kreditlərlə üzləşməyək. Araşdırmalıyıq ki, necə oldu ki, mənfəətlə işləyən banklar devalvasiyalardan sonra insanlara güzəştə getmirlər. Bütün bu məsələlər təhlil edilməlidir”,- Ziyad Səmədzadə bildirib.
Akademik əlavə edib ki, yaranmış çətinliklərdə kredit faizlərinin yüksək olmasının da payı var. Azərbaycan bank faizlərinin yükək olmasına görə dünyada ilk yerilərdən birini tutur.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)




