"Baku Shopping Festival"a 500 ətrafında ticarət obyekti qoşulacaq"
II Bakı Ticarət Festivalı ("Baku Shopping Festival") oktyabrın 15-də başlayacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında festivala 400-dən çox ticarət obyektinin qoşulacağını deyib.
Onun sözlərinə görə, noyabrın 15-dək davam edəcək festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən mağazalardan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər:
"Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur".
Nazir qeyd edib ki, əvvəl insanlar və ticarət obyektlər Bakı Ticarət Festivalına ("Baku Shopping Festival") qoşulmağa ehtiyatla yanaşırdı:
"Ötən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisə qeydiyyatdan keçib. ƏDV qaytarmayan, amma endirim tətbiq edən partnyorların sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir. Ötən il iştirakçıların sayı 205 idisə, bu il üçün 578-dir".
Nazir bildirib ki, festivalda partnyor kimi iştirak edəcək supermarketlərdə endirimlər qida məhsullarına şamil edilməyəcək: "Burada sırf elektron texnikaları üçün ƏDV qaytarılmalıdır".
Qeyd edək ki, "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Festivalın rəsmi tərəfdaşları Vergilər Nazirliyi, "Azərbaycan Hava Yolları" (AZAL), "ASAN xidmət" və "AzərTürkBank"dır.
Xatırladaq ki, I Bakı Ticarət Festivalı bu il aprelшт 10-dan mayın 10-dək keçirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb














.jpg)






.jpg)



