Professional Maliyyə Menecerləri Assosiasiyasının növbəti seminarı uğurla başa çatıb - FOTOLAR
APFM üzvlərinin maarifləndirilməsi istiqamətində aparılan işlərin davamı kimi Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən 11 oktyabr 2017 tarixində Bakı şəhərində Royal mehmanxanasında Assosiasiyanın üzvləri üçün “Maliyyə hesabatları əsasında müəssisənin maliyyə təhlili necə aparılır?” mövzusunda keçirilən növbəti seminar uğurla başa çatıb.
Bu barədə "Marja"ya Assosiasiyadan bildirilib.
Seminar SOCAR-ın nümayəndəsi, Kəmaləddin Quliyevin təqdimatında keçirilib.
"Seminarda maliyyə təhlilinin məqsədi, informasiya mənbəyi, məcmu gəlirlər haqqında hesabat üzrə, balans hesabatı üzrə, pul vəsaitinin hərəkəti haqqında hesabat üzrə müəssisənin maliyyə təhlilinin aparılması və maliyyə təhlilinin aparılma üsulları geniş müzakirə olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı",- məlumatda bildirilir.
Qeyd edək ki, Assosiasiya 2013-cü ildə beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda ilk dəfə olaraq üzvlük sistemini tətbiq etmişdir və artıq 4 il müddətində ciddi irəliləyişlər və nailiyyətlər əldə olunmuşdur və hazırda da fəaliyyətini uğurla davam etdirir.
01 mart 2016 tarixindən etibarən isə APFM- Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) üzv qəbul olunmuşdur. Bu isə Assosiasiyanın nüfuzunu bir daha artıraraq bu sahədə fəallığının, xüsusilə də üzvlərinin peşəkarlıq səviyyəsindən artırılması, yeniliklərə, yeni çağırışlara cavab verməyə qadir olmaları istiqamətində inkişafını labud edir.
Hazırda Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi coxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, onun qurluşunun şaxələndirilməsi, bütün səviyyələrdə məhsuldarlığın, digər səmərəlilik göstəricilərinin yaxşılaşdırılması əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması təşkil edir.
Ölkəmizdə aparılan iqtisadi islahatlar qlobal iqtisadi çağırışlara konseptual yanaşmalarla daha da təkmilləşdirilməkdədir. Son illərdə düşünülmüş, qabaqlayıcı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının ahəngdar fəaliyyəti üçün mühüm rol oynamışdır. Bu sahədə qəbul edilmiş çoxsaylı qanun və digər normativ aktların standartlarına riayyət etmək üçün isə mütəxəssislərimizdən daima innovatorluq , peşəkarlıq, qabaqcıl təcrübənin öyrənilməsi tələb olunur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















