"50 il ərzində Facebook, Apple, Google, Amazon ortadan qalxacaq"
"Bu gün doğulan bir uşaq, Google, Amazon, Apple və Facebook-dan daha uzun yaşayacaq, amma Amazonun ən uzun yaşayacaq şirkət olacağını söyləyə bilərəm."
"Marja" xəbər verir ki, bunu Nyu-York Universitetində "Stern School of Business"də satış dərsləri keçən Scott Galloway bildirib. Galloway "The Four" adlı kitabında bu dörd texnologiya nəhənginin 50 il içində ortadan qalxacağını iddia edib.
Galloway, 100 il əvvəlki "Dow 100"dən yalnız 11 şirkətin qaldığını, iş həyatında şərtlərin sürətlə dəyişməsilə, bu gün doğulan bir uşağın bu şirkətlərdən daha uzun yaşamasının yüksək ehtimal olduğunu qeyd edib.
Galloway, "Bu şirkətlərin daha da gücləndiyi görülürmü?, Bəli... Yaxşı bu şirkətlərin bizim həyat müddətimiz ərzində ortadan qalxacağını nəzərdə tuturammı? Bəli..." ifadələrini istifadə edib.
Bu şirkətlərin ortadan tam olaraq nə vaxt qalxacağını təxmin etməyin çətin olduğunu ifadə edən Galloway, "10 il əvvəl Myspace haqqında danışırdıq. Bu səbəbdən tam olaraq bunun nə vaxt reallaşacağını söyləmək olduqca çətindir. Rahatlıqla söyləyə biləcəyim tək şey, 50 il ərzində bu şirkətlərin ortadan qalxacağıdır" deyə qeyd edib.
"AMAZON DAHA UZUN YAŞAYACAQ"
Galloway, dörd şirkət içərisində Amazon-un daha uzun müddət yaşayacağını nəzərdə tutur. Amazon-un Google ilə bir çox sahədə rəqabət etdiyini ifadə edən Galloway, Amazon-un məhsul axtarışında 2015-də 44% olan payını, 2016-da 55%-ə qaldırdığını qeyd edib.
Galloway, yeni dövrdə ən inovatif təchizatın da Apple Watch ya da Apple iPod-lar olmadığını, Amazon-un yaratdığı Echo-nun bu sahədə önə çıxdığını əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























